Gürcüstanda Putin qalib gəldi: Saakaşvilinin İKİ SSENARİSİ
Bizi izləyin

Dünya

Gürcüstanda Putin qalib gəldi: Saakaşvilinin İKİ SSENARİSİ

Gürcüstanda parlament seçkilərinin nəticələrinə görə, keçmiş prezident Mixail Saakaşvilinin tərəfdarlarına vəd verdiyi qələbə mümkün olmadı. Amma “Vahid Milli Hərəkat” əvvəlki kimi Gürcüstanda əsas müxalifət gücü olaraq qalır.

Gürcüstanda parlament seçkilərinin nəticələrinə görə, keçmiş prezident Mixail Saakaşvilinin tərəfdarlarına vəd verdiyi qələbə mümkün olmadı. Amma “Vahid Milli Hərəkat” əvvəlki kimi Gürcüstanda əsas müxalifət gücü olaraq qalır. Bundan başqa, ekspertlər hesab edirlər ki, partiyanın siyasi proseslərə böyük təsir olacaq.

Publika.az xəbər verir ki, politoloq Qiya Xuxaşvili “Vahid Milli Hərəkat”ın siyasi gündəliyi və sonrakı hadisələrin inkişafı barədə danışıb.

“Baxmayaraq ki, “Gürcü arzusu” “Vahid Milli Hərəkat” üzərində böyük üstünlük qazandı. Amma “Gürcü arzusu” “millilər”ə ciddi siyasi manevr aləti verdil”, - O, “Rustavi-2” telekanalına müsahibəsində deyib.

Xuxaşvili hadisələrin inkişafının iki mümkün ssenarisinin açıqlayıb. Onun sözlərinə görə, “Vahid Milli Hərəkat” “qısamüddətli yol” və ya “inqilabi ssenari” üzrə gedə bilər: parlamentə girməkdən imtina çox sadədir. Politoloq qeyd edir ki, bu, parlamentin legitimlik probleminin yarada bilər.

İkinci ssenari, Xuxaşvilinin sözlərinə görə, “daha uzunmüddətli”dir. Politoloq bu ssenarini şərti olaraq “Vahid Milli Hərəkat”ın liderlərindən olan “Qiqi Bokeriya ssenarisi” adlandırır: “Bu ssenari “Gürcü arzusu”nun zəif hakimiyyət olmasına əsaslanacaq. Faktiki olaraq onlar hətta partiyanı formalaşdıra bilmədilər. Təbii ki, 2020-ci ilə qədər onlar daha da zəiflədiləcək və “Vahid Milli Hərəkat” artıq “köhnə günahlar”dan təmizlənəcək. Bu isə 2020-ci ildə hakimiyyətə qayıtmaq üçün imkanlar yaradacaq”.

Ekspertlər həmçinin hesab edir ki, “Gürcü arzusu” “Vahid Milli Hərəkat” barəsində öz ritorikasını dəyişdirməlidir: “Çünki onların 9 illik idarəçiliyi dövründə olan problemlər haqqında danışıqlar artıq işləməyəcək”.

Parlamentə “Azad demokratlar” və “Respublikaçılar” kimi qərbyönümlü partiyalar düşməyib. Əvəzində, Gürcüstanın qərbə inteqrasiyasına qarşı çıxan rusiyayönlü “Vətənpərvərlər Alyansı” parlamentdə yer alıb. Ekspertlər bildirirlər ki, “Vətənpərvərlər Alyansı” hakim partiya ilə əməkdaşlıq edəcək və bu, yeni parlamentin iş keyfiyyətinə təsir edəcək.

Gürcüstanın Strateji və Beynəlxalq Əlaqələrin Tədqiqi Fondunun baş eksperti, Müdafiə Nazirliynin eks-əməkdaşı Nodar Xarşiladze hesab edir ki, bu, ölkənin inkişafına mənfi təsir edəcək: “Yaxşı olardı ki, parlamentdə daha çox partiya olsun. Qərarların qəbulu ümumi razılıqdan asılı olardı. Amma, təəssüf ki, bu olmadı”.

Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GIPA) beynəlxalq münasibətlər proqramının rəhbəri Tornike Şaraşenidze hesab edir ki, “Vahid Milli Hərəkat” seçkilərdə minimum məsələni yerinə yetirib: o, 2012-ci ildəki məğlubiyyətdən sonra daha çox səs aldı.

Həmçinin konstitusiya üzrə mütəxəssislər əmindirlər ki, əgər “Gürcü arzusu” parlamentdə konstitusiya əksəriyyəti üçün mandatların lazımı sayını alsa, onlar ölkənin əsas qanununa bir neçə ciddi dəyişikliyi mütləq daxil edəcəklər.

Gürcüstanın İlya Universitetinin professoru, konstitusiya hüququ üzrə mütəxəssis Vaxuşti Menabdenin sözlərinə görə, Gürcüstan ehtimal ki, təmiz parlament respublikasına çevriləcək və praktik olaraq ölkəni idarə etmə hüququ yalnız baş nazirdə olacaq. O, bildirib ki, bu halda hakimiyyət balansının heç bir mexanizmi olmayacaq və son ana qədər bu rol prezident institutuna aid idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm