Dünya
Şəhər bombalanacaq və 450 min insan... – XAOS PLANI BAŞLADI
Suriyanın şimalında İŞİD bəhanəsi ilə PKK-nın qolu olan
PYD-ni yerləşdirən ABŞ eyni ssenarini İraqda Mosul şəhərində tətbiq
etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, əhalisinin sünni
ərəblər, türkmanlar və kürdlərdən ibarət olduğu şəhərin İŞİD-dən
xilas edilməsinə hazırlaşan ABŞ Türkiyəni əməliyyatlından kənarda
saxlamaq üçün şiə milislərlə PKK terrorçularından istifadə etməyi
düşünür. Bölgədə böyük fırtınanın başlaması üçün planlar
hazırlanır.
“Yeni Şafak” qəzeti ABŞ zabitlərinin PKK və şiə milislərə təqdim
etdikləri planın detallarını əldə edib.
Plana görə, Mosulun xilası üçün İŞİD-lə şiələrdən ibarət olan Haşdi
Şabi birliyi mübarizə aparacaq. Türkiyənin Başika düşərgəsində
təlim keçdiyi sünnilərdən ibarət Haşdi Vatani isə əməliyyata
buraxılmayacaq.
Hücuma İraq ordusunun rəhbərliyi altında toplanacaq 25 min şiə
milis və 3500-ə yaxın PKK-çı cəlb olunacaq.
İŞİD üç həftə içində Mosuldan Telafer şəhərinə doğru qovulacaq.
Terrorçular türkmanların yaşadığı şəhərə doğru göndəriləndən sonra
Mosul şiə milislər və PKK-çıların nəzarətinə keçəcək. Daha öncə
Felluca və Tikritdə baş verən sünni qətliamının oxşarı Mosulda da
törədiləcək. Beləliklə, Mosulun sünni əhalisi məcbur qalıb 65
kilometr uzaqlığındakı Telaferə köçəcəklər.
İŞİD Telaferə daxil olandan sonra ABŞ təyyarələri terrorçularla
mübarizə bəhanəsi ilə şəhəri bombalayacaq. Telaferdə yaşayan 450
min türkman da terrorçulara dəstək vermək ittihamı ilə üzləşəcək və
ABŞ təyyarələri onların çıxmasına imkan vermədən şəhərə hücum
edəcək.
İraq Türkman Cəbhəsinin başqanı Erşat Salihi böyük xaosun
yaşayanacağını bildirib: “ABŞ-ın bu planı nəticəsində ən az 1,5
milyon iraqlı evini-yurdunu tərk etmək məcburiyyətində
qalacaq.”
Məlumata görə, Pentaqon İraqda PKK üçün hazırladığı koridorla
Şimali İraq Kürd Muxtariyyətinə də təzyiq etməyi düşünür. Belə ki,
Şenqal-Mahmur-Kərkükdən Hanekinə qədər uzanan koridor PKK-ya
verilib. Bu koridora Telafer və Mosulu da qatmaq istəyirlər. Bu,
ABŞ-ın xaos planıdır.
Telaferdəki türkmanlar isə Türkiyəni köməyə çağırırlar. Onlar 1500
döyüşçü toplaya biləcəklərini, Türkiyənin dəstəyi ilə vuruşa
biləcəklərini qeyd edirlər.
Türkiyə mediasının məlumatına görə, böyük savaş artıq qapıdadır və
Ankara Mosula müdaxilə edəcək. Əməliyyatın noyabrın sonlarında baş
tutacağı deyilir.
Asif
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi