Dünya
Moskvadan kürəyə zərbə: Ankaranın “qırmızı xətt”i TƏHLÜKƏDƏ
Astanada aparılan müzakirələr zamanı Rusiyanın Suriya müxalifətinə təqdim etdiyi yeni konstitusiya layihəsinin qaralamasında Suriya kürdlərinə muxtariyyət verilməsi təklifi yer alıb.
Publika.az xəbər verir ki, bu haqda Rusiyanın RBK agentliyi bildirib.
27 maddəlik qaralama mətn Rusiya tərəfindən rəsmi şəkildə açıqlanmayıb. Mətndə həmçinin prezidentin səlahiyyətlərinin azaldılması və parlamentin gücləndirilməsi də yer alıb. Bundan başqa, "Suriya Ərəb Respublikası"nın "Suriya Respublikası" ilə əvəz edilməsi və prezidentin bir müddətə və 7 illik seçilməsi təklif edilir.
Prezidentin müsəlman olma zərurəti aradan qaldırılır. Administrativ bölgələrin öz dillərini seçmə haqqı təklif edilir.
Rusiya mediasının yazdığına görə, Suriya müxalifəti Moskvanın təqdim etdiyi konstitusiya layihəsini qəbul etməyib. Bunu Suriya müxalifətinin nümayəndəsi Yəhya Aridi söyləyib.
“RİA-Novosti” agentliyinin yazdığına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 27-də Suriya müxalifətinin nümayəndələri ilə Moskvada görüşəcək.
Qeyd edək ki, Türkiyə Suriyanın şimalında kürd muxtariyyətinin qurulmasına qəti şəkildə qarşı çıxır.
Ömər Dağlı
-
Hadisə14:30“Arzum"un törətdiyi qəzada ölən Amal narkotikə görə tutulubmuş - Foto
-
Hadisə12:50Əmisi oğlu tərəfindən öldürülən 21 yaşlı Fatimənin qətlinin detalları
-
Hadisə12:20Ağsuda aqrotexnik qaydada çətənə yetişdirən şəxs həbs olundu
-
Maraq dünyası12:15Keçmişlə gələcəyin yanaşı yaşadığı şəhər: Ora gedərkən səyahət tarixçəni yenidən başlamalısan
-
ABŞ12:00Tramp: İrana dəfn mərasiminin keçirilməsi üçün bir həftə vaxt verdik
-
Hadisə11:31Bakıda partlayış oldu, ölən və xəsarət alanlar var
-
Ekopublika.az07:15Türkiyənin yeni qərarı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
-
Region03:43Xameneidən şok addım: Atası ilə bağlı gözlənilməz qərar verdi













.jpg)

















.jpg)





