Dünya
“Daz”lara verilən hakimiyyət: Nazarbayev nədən bezdi? - ŞƏRH
Dünən Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa müraciət etdi. Dövlət başçısı yeni konstitusional islahatlar və hakimiyyətin yenidən bölüşdürülməsindən danışdı.
Nazarbayev bu məsələnin ölkənin müasir inkişafı mərhələsinin təbii yolu olduğunu vurğulayıb.
“Tərəfimdən təklif olunan beş institusional islahatın həyata keçirilməsi hökumətə iqtisadi sahədə əlavə icra səlahiyyətlərinin verilməsini nəzərdə tutub. Prezidentin səlahiyyətlərinə müdafiə sistemi, xarici siyasət, dövlət idarəçiliyi, konstitusiyanın müdafiəsi və hakimiyyət qolları arasında səmərəli fəaliyyətin təmini daxil olacaq. Bu islahatlarla bağlı referendumun keçirilməsi ilə bağlı fərman imzalamışam”, - deyə Nursultan Nazarbayev qeyd edib.
Publika.az xəbər verir ki, ölkə politoloqları Nazarbayevin müraciətini və hakimiyyətin yenidən bölüşdürülməsinin zərurətini şərh ediblər.
Məşhur politoloq Dosım Satpaev “Facebook”dakı səhifəsində yazıb ki, hakimiyyətin yenidən bölüşdürülməsi ehtiyacı bir neçə amillə bağlıdır.

“Birincisi, göründüyü kimi, Nazarbayev parlament və hökumətin ictimai-iqtisadi sferada yol verdiyi səhvləri daim örtməkdən bezib. Bu səhvlər ötən il rekord vurdu. İkincisi, səlahiyyətlərin yenidən bölüşdürülməsi iki dazın darağa görə davasını xatırladır. Bu halda, hökumət və parlament iki “daz”dır. Onlar həm böhran vəziyyətlərinə adekvat reaksiya zamanı, həm də qanunverici iş planında effektsiz olduqlarını göstərdilər. Prinsip etibarilə, problem onda deyil ki, səlahiyyətləri necə vermək lazımdır. Problem ondadır ki, onlar kimə veriləcək”, - deyə Satpayev qeyd edib.
Qazaxıstan Strateji Tədqiqatlar İnstitutunun direktoru Yerlan Karin öz növbəsində prezidentin müraciətinin formatına diqqəti yönəldib:

“Adətən proqram bəyanatları hər hansı siyasi tədbirlərin tribunası üçün hazırlanırdı. Məsələn, parlament və hökumət iclasları, hakim partiyanın qurultayı və sair. Televiziya vasitəsilə müraciət formatından daha çox Avropa və Amerika siyasi təcrübəsində istifadə olunur. Liderlər ən aktual mövzular və məsələlər üzrə, yaxud da yeni siyasi təşəbbüslər üçün vətəndaşlara birbaşa müraciət edirlər”.
Bundan başqa, Karin qeyd etdi ki, prezident konstitusiya islahatlarının işçi qrupu tərəfindən təklif edilən layihəni təfərrüatı ilə təsvir edib:
“Bunlar real islahatlardır. Çünki, onlar hakimiyyət qanadları arasında qarşılıqlı təsirin əsas prinsiplərinə toxunur”.

Nazarbayevin xalqa birbaşa müraciətini şərh edən politoloq Sultanbəy Sultanqaliyev parlamentin vaxtından əvvəl buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsi variantını istisna etmir. Bundan başqa, Sultanqaliyev hesab edir ki, müraciət Nazarbayevin xalqa illik müraciəti ilə müqayisədə daha konkret və detallı idi. Politoloqun fikrincə, bu, müraciətin güclü komanda tərəfindən hazırlandığını göstərir.
Ömər Dağlı
-
İdman06:46Məşhur məşqçi ilə bağlı qalmaqal: - Tələbələrini…
-
Magazin106:16Emin ilk milyon dollarını belə qazanıb - VİDEO
-
Dəb03:13Bu il "nənə ətəyi" trend olacaq - FOTO
-
Nəqliyyat02:42İllərdir yolu gözlənilən qatarın FOTOLARI
-
Magazin100:30İrina Şeyk yeni obrazı ilə diqqət çəkdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Aranızdakı güvən sarsıla bilər
-
İdman19 May 23:00Alonso Mbappeyə elçi düşdü
-
İdman19 May 21:48"Barselona"nın müdafiəçisi üçün yeni səhifə açıla bilər
































