Dünya
Kriminal avtoritet 8 il əvvəlki arvadının… - Deputatın qətlində ŞOK DETALLAR - VİDEO/FOTO
Kriminal avtoritet Vladimir Tyurin Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qətlinin sifarişçisidir.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda brifinqdə Ukraynanın Baş prokuroru Yuri Lusenko bildirib.
“Biz əminik ki, Denis Voronenkovun Ukrayna ərazisində qətli Rusiya qoşunlarının Ukrayna ərazisində olması haqqında ifadələri, həmçinin Voronenkovun və bu ifadələrin beynəlxalq məhkəmələrə buraxmamaq istəyi ilə bağlıdır. Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri onun şahid kimi fiziki məhvi planını hazırladılar. Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin məlumatına görə, qətlin faktiki sifarişçisi Federal Təhlükəsizlik Xidmətinin nəzarətində olan kriminal avtoritet Tyurindir”, - Lusenko deyib.
Bundan başqa, istintaqın məlumatına görə, sifarişçi şəxsi motivə malik idi.

“Qətl şəxsi motivə malik idi. Tyurin 8 il əvvəl Mariya Maksakova ilə vətəndaş nikahında idi. Qətl zamanı isə Maksakova Voronenkovanın həyat yoldaşı idi (Voronenkov və Maksakova 2015-ci ilin martında evləniblər -red.).
Tyurin maliyyələşmə, həmçinin Rusiya və MDB-nin bəzi ölkələrinin ərazisində kriminal qruplaşmalara nəzarət üzrə Rusiya xüsusi xidmət orqanları tərəfindən preferensiyalara əvəz olaraq cinayətin təşkili ilə razılaşıb”, - baş prokuror vurğulayıb.
Lusenko bildirib, qətl Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyi ilə birlikdə hazırlanırdı.
Lusenkonun sözlərinə görə, istintaq qətlə cəlb olunmuş qrupun bütün iştirakçılarını müəyyən edib. Eyni zamanda, baş prokuror bildirib ki, cinayət işi üzrə beş fiqurantdan ikisi saxlanılıb.

Xatırladaq ki, sabiq deputat bu ilin martında Kiyevin mərkəzində öldürülüb.
İddiaya görə, Voronenkov Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə qarşı şahid kimi ifadə verməli imiş. Keçmiş deputat Yanukoviçin Rusiya prezidenti Vladimir Putindən şəxsən Ukraynaya qoşun yeritməsini xahiş etdiyini söyləyib.
Ukrayna baş prokuroru isə yanvarın 28-də keçirdiyi mətbuat konfransında Rusiya deputatı səviyyəsində mühüm şahidə malik olduğu ilə öyünmüş, lakin onun kim olduğunu açıqlamaqdan imtina etmişdi.
Ömər Dağlı
-
ABŞ09:27Onun adı Trampın görüş siyahısına daxil edilmədi
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?










.jpg)



















.jpg)



