Dünya
Dünya bu günü gözləyir: Tramp fırtına XƏBƏRDARLIĞI ETMİŞDİ
Almaniya, İngiltərə və Fransa Vaşinqtonu 2015-ci ildə “altılıq”la İran arasında imzalanmış nüvə razılaşmasından çəkilməməyə çağırıb.
Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi məlumat yayıb.
ABŞ mediasənın yazdığına görə, prezident Donald Tramp artıq oktyabrın 12-də İranla bağlı yeni strategiyasını açıqlayacaq. Bəzi mənbələrə görə, İranla müqaviləni “ABŞ tarixinin ən pis razılaşması” adlandıran Donald Tramp ABŞ-ın müqavilədən geri çəkiləcəyini elan edəcək.
Qeyd edək ki, Donald oktyabrın 7-də Ağ Evdə yüksək vəzifəli ordu komandirləri ilə görüşündə İran və Şimali Koreya mövzularını müzakirə edib. Tramp İranın da nüvə silahına sahib olmasına icazə verməyəcəklərini ifadə edib:
“İran terroru dəstəkləyir və Yaxın Şərqə xaos ixrac edir. İranın bu təcavüzkarlığına və nüvə silahına olan ehtirasına son qoymalıyıq. İmzaladıqları razılaşma qaydalarına riayət etmədilər”.
ABŞ prezidenti bildirib ki, ABŞ-ın milli maraqlarını baltalayan bütün güclər çoxdan məhv edilməli idi.
“Amma bu işi görmək mənə qalıb”, - o söyləyib.
ABŞ prezidentinin fırtına xəbərdalığı etməsi də diqqətdən qaçmayıb.
“Bunun nə anlama gəldiyini bilirsinizmi? Bəlkə də fırtına öncəsi səssizlikdir”, - Ağ Evin sahibi deyib.
Jurnalistlərdən biri bu sözlərin hansı anlam daşıdığını soruşub.
“Görəcəksiniz”, - Tramp qısa cavab verməklə kifayətlənib.
Ekspertlərə görə, söhbət çox güman ki, ABŞ-ın İranla nüvə razılaşmasından geri çəkilməsindən gedir.
Qeyd edək ki, Donald Trampın fikirlərinə İranın cavabı gecikməyib. ABŞ-a xəbərdarlıq edən prezident Həsən Ruhani bildirib ki, ABŞ müqaviləni pozsa, bütün dünya İranı deyil, ABŞ-ı tənqid edər.
“Geri qaytara bilməyəcəyimiz faydaları təmin etdik. Tramp yox, 10 Tramp da gəlsə, bunları heç kim geri ala bilməz”, - İran lideri bildirib.
İranla "altılıq" ölkələri arasında nüvə anlaşması 2015-ci ilin iyulunda imzalanıb. Sənədə əsasən sanksiyaların ləğvi müqabilində rəsmi Tehran nüvə proqramını məhdudlaşdırmalıdır.
Ömər Dağlı
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı










.jpg)



















.jpg)



