Dünya
ABŞ Rusiya hakerlərini necə ifşa etdi? - ŞOK İDDİA
Rusiya xüsusi xidmət orqanlarının ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi informasiyalarını ələ keçirməsi faktının Vaşinqton tərəfindən necə öyrənilməsi məlum olub.
Publika.az xəbər verir ki, bu haqda “Vaşinqton Post” nəşri yazıb.
Nəşrin yazdığına görə, İsrail xüsusi xidmət orqanları "Kasperski Laboratoriyası”nın daxili şəbəkəsini "sındırıblar” və kompüterlərindəki “haker alətləri”ni aşkar ediblər. İsrail sonradan bu alətləri ABŞ-a verib. NSA tərəfindən aşkar edilmiş araşdırma bu alətlərin Rusiya hökumətinin əlində olduğunu aşkar edib. Bundan sonra ABŞ-ın dövlət orqanlarına “Kasperski Laboratoriyası”nın məhsullarından istifadə etmək qadağan edilib.
Qeyd edək ki, daha əvvəl ABŞ KİV-i rusiyalı hakerlərin “Kasperski” antivirusundan istifadə edərək NSA-nın məxfi fayllarını oğurladığını bildirib. Oğurlanan fayllarda ABŞ Milli Təhlükəsizlik Agentliyinin digər dövlətlərin kompüter şəbəkələrinə necə daxil olması və özünü kiberhücumlardan necə müdafiə etməsinə dair informasiyalar var imiş.
Hadisə 2015-ci ildə baş verib, lakin bu barədə yalnız 2017-ci ilin baharında məlumat əldə edilib. Mənbələr bildiriblər ki, NSA-da müqavilə əsasında çalışan şəxs məxfi informasiya daşıyıcısı olan cihazını şəxsi kompüterinə qoşub. Kompüterdə “Kasperski Laboratoriyası”nın antivirusu quraşdırılıbmış. Nəticədə antivirus proqramının köməyi ilə rusiyalı hakerlər həmin faylları ələ keçiriblər.
Qeyd edək ki, “Kasperski Laboratoriyası” ünvanına yönəldilən ittihamı rədd edib.
Ömər Dağlı
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı









.jpg)




















.jpg)



