Dünya
Poroşenkodan Krımla bağlı YENİ TƏKLİF: “Krımın statusu...”
Kiyev Krımın statusu üzrə yeni referendum keçirməyə hazırdır.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko oktyabrın 11-i Strasburqda, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxışı zamanı deyib.
“Mən Ukrayna Konstitusiyasına uyğun olaraq istənilən varianta hazıram. Ukrayna qanunlarına uyğun olaraq istənilən demokratik proseslər ola bilər”, - dövlət başçısı bildirib.
O əlavə edib ki, referendumun nəticələri Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü pozmamalıdır.
Qeyd edək ki, daha əvvəl Çexiya prezidenti Miloş Zeman AŞPA-nın 10 oktyabr iclasında Krımın işğalı məsələsinə toxunub. Dövlət başçısı Rusiyanın Krımı ilhaq etməsinin qanunsuz olduğunu vurğulayıb, ancaq bununla barışmağa çağırıb: “Krım ilhaq olunub, bu şübhə doğurmur. Ancaq bu məsələ bitmiş məsələdir. Əgər biz Krımı götürüb Ukraynaya qaytarsaq, bu, Avropa müharibəsinə gətirəcək. Biz Avropa müharibəsindən qaçmalıyıq və siz də bunu başa düşməlisiniz”.
Çex lider bildirib ki, Moskva mübahisəni Kiyevə ödəniş etməklə nizamlaya bilər:
“Fikrimcə, Ukraynaya ya maddi, yaxud neft-qaz formasında kompensasiya ola bilər”.
Ukrayna prezidenti Petro Poroşenko isə Çexiya prezidentinə sərt cavab verib. O deyib ki, Krım məsələsindən “bitmiş məsələ” kimi danışmağı qəti şəkildə qəbul etmir.
Dövlət başçısı AŞPA tribunasının ərazilərin alqı-satqısı tribunası olmadığını vurğulayıb:
“Bu tribuna bizim dəyərlərin, prinsiplərin müdafiəsi üçün qurulub. İndi həmin dəyərlərin müdafiəsinə ciddi ehtiyac var”.
Ömər Dağlı
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı









.jpg)




















.jpg)



