Yaxın Şərq
İsrail ordusu HƏRƏKƏTƏ KEÇDİ: 59 ölü, 2410 yaralı - VİDEO - (YENİLƏNİR)
Qəzza zolağında fələstinli etirazçılarla İsrail hərbçiləri arasında baş verən toqquşmalarda ölənlərin sayı 59 nəfərə çatıb.
Bu barədə Fələstinin Səhiyyə nazirliyi məlumat yayıb.
***
Qəzzada fələstinli etirazçılarla İsrail hüquq-mühafizə orqanları arasında toqquşmalarda ölənlərin sayı 52-yə, yaralıların sayı 2410-a yüksəlib.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli tibb xidmətinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib. Onun sözlərinə görə, Qəzza zolağındakı xəstəxanalarda yaralılara yardım etmək üçün dərmanlara ehtiyac var.
***
İsrail əsgərlərinin açdığı atəş nəticəsində sərhəddəki nümayişlərdə iştirak edən fələstinlilərdən 41-i ölüb. Yerli tibb xidmətinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidranın məlumatına görə, yaralıların sayı 1700-dən çoxdur. Ölənlər arasında uşaq da var. Toqquşmalar davam edir.
ABŞ səfirliyinin Qüdsə köçürülməsi "Fox News" və "Fox Business" kanallarından Bakı vaxtı ilə axşam saat 22:00-da canlı yayınlanacaq. ABŞ prezidenti Donald Tramp tvitter səhifəsində "İsrail üçün möhtəşəm bir gün!" yazıb.
***
Beynəlxalq xəbər agentlikləri Qəzza sərhədində qarşıdurmaların başlandığını xəbər veriblər. “Röyters” agentliyi İsrail əsgərlərinin açdığı atəş nəticəsində 1 fələstinlinin öldüyünü, ən azı 28-nin yaralandığını bildirib.
***
ABŞ prezidenti Donald Trumpun Qüdsü İsrailin paytaxtı kimi tanımasının ardınca bu gün ABŞ-ın Təl-Əvivdəki səfirliyi Qüdsə köçürür.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu hadisə şəhərdəki gərginliyin artmasına səbəb olub.
Fələstinlilərin Qəzza-İsrail sərhədində genişmiqyaslı nümayişlərin keçirməsini istəməyən İsrail ordusu hərəkətə keçib. Xarici mətbuatının yazdığına görə, İsrail ordusu sərhədə yaxınlaşmaması barədə xəbərdarlığın yer aldığı broşuraları havadan fələstinlilərə atıblar.
Bununla belə səhər saatlarında minlərlə fələstinli İsrail-Qəzza sərhədinə gedib. Bundan başqa, Fələstinin bir sıra şəhərlərində nümayişlərin keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, ABŞ prezidenti səfirliyin köçürülməsi mərasimində videokonfrans yolu ilə qatılacaq. Mərasimdə isə prezidenti qızı İvanka Tramp, kürəkəni Cared Kuşner, ABŞ-ın naliyyə naziri Stiven Mnuçin və dövlət katibinin köməkçisi Con Sullivan iştirak edəcək.
Avropa İttifaqı isə ABŞ səfirliyinin Qüdsə köçürülməsinə qərarına etiraz edib. İttifaqa üzv ölkələrin çoxu mərasimə qatılmayacaqlar.
Xatırladaq ki, ABŞ prezidenti 2017-ci il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını bəyan etmiş və səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə təlimat verdiyini açıqlamışdı.
BMT Baş Assambleyası 2017-ci il dekabrın 21-də qəbul etdiyi qətnamə ilə Qüdsü İsrailin paytaxtı kimi tanımayıb. Baş Assambleya ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul edib. Sənədin lehinə 128 ölkə səs verib. 9 ölkə qətnamənin əleyhinə səs verib. 35 dövlət isə bitərəf qalıb.
Qeyd edək ki, Qüds və ya Yerusəlim dünyanın ən qədim şəhərlərindən biridir. Fələstinin yəhudi və ərəb dövlətləri arasında bölünməsinə dair BMT-nin 1947-ci il tarixli planına əsasən, Qüdsə xüsusi status verilib, o, beynəlxalq suverenlik və nəzarətə alınıb. Xüsusi status Qüdsün üç İbrahimi din üçün əhəmiyyətinə əsaslanır.
1948-ci il müharibəsində İsrail şəhərin qərb yarısını nəzarət altına alıb. 1967-ci il müharibəsi dövründə isə israillilər Qüdsün şərq hissəsinə nəzarəti ələ keçirib və beynəlxalq hüquqa zidd olaraq şəhəri İsrail qanunvericiliyi əsasında idarə edir.
1980-ci ildə İsrail "Qüds Qanunu"nu qəbul edib, "Qüdsün İsrailin birləşdirilmiş və vahid paytaxtı" olduğunu bildirərək Şərqi Qüdsün ilhaqını rəsmiləşdirib.
Buna cavab olaraq, BMT Təhlükəsizlik Şurası 1980-ci ildə 478 saylı qətnamə qəbul edərək, bu qanunu etibarsız sayıb. Şəhərin şərq hissəsi üzərində İsrail suverenliyi, eləcə də şəhərin bütövlükdə İsrail paytaxtı kimi statusu beynəlxalq ictimaiyyətin əhəmiyyətli hissəsi tərəfindən tanınmayıb. Qüdsün statusu hazırda qızğın müzakirələr mövzusudur və İsrail-Fələstin sülh prosesinin ən çətin mövzuları arasında yer alır. Fələstin paytaxtı Şərqi Qüds olmaqla, 1967-ci il sərhədləri çərçivəsində dövlətin yaradılmasına çalışır.
Ömər Dağlı
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər