Nida.az
Azərbaycan Ordusu 2 postu işğaldan azad etdi – ERMƏNİ MƏNBƏLƏR (FOTOFAKT)
Ermənistanın işğal altında saxladıqları Dağlıq Qarabağda
dislokasiya olunmuş hərbi hissələri sentyabrın 26-da gecə
saatlarında gözlənilmədən döyüş hazırlığı vəziyyətinə
gətirilib.
Publika.az xəbər verir ki, erməni mətbuatında cari ilin
26-29 sentyabr tarixlərində Dağlıq Qarabağ ərazisində dislokasiya
olunmuş hərbi hissələrin birində polkovnik Cəlal Harutyunyanın
rəhbərliyi ilə guya müdafiə döyüşünün idarə edilməsi təliminin
keçirilməsi barədə xəbər yayılıb.
Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinin məlumatına görə isə
bu, hərbi təlimlər olmayıb. Belə ki, sosial şəbəkədə erməni
istifadəçiləri yazdıqları şərhlərdə bildiriblər ki, əslində bu
təlim deyil, Azərbaycan Ordusu ilə atışma olub.
Sosial şəbəkədə Ruben Armenoid adlı erməni istifadəçisi həmin gün
erməni ordusunun 2 postu itirdiyini yazıb. Yazılan digər şərhlərdə
gecə atışma səslərinin gəldiyi və uzun müddət davam etdiyi
bildirilib.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan 3 oktyabr
2016-cı il tarixində vəzifəsindən uzaqlaşdırılıb. Erməni ekspertlər
bildirib ki, S.Ohanyanın vəzifədən getmə səbəbi cari ilin aprel
ayında Ermənistan ordusunun ağır itkilər verərək geri
çəkilməsidir.
Asif
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
MDB11 Sentyabr 23:55Bu ölkə dünya xəritəsindən silinəcək - Medvedyev
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya11 Sentyabr 14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm











.jpg)
.jpg)




.jpg)













.png)




