Nida.az
Dünya savaşına səbəb olacaq B planı – 3 SSENARİ
Bu gün səhər saatlarından uzun zamandır gözlənilən Mosul
əməliyyatı başlayıb.
Publika.az xəbər verir ki, İraq ordusu Mosula doğru
hərəkət edib. Həmçinin, Amerika təyyarələri havadan dəstək
verirlər.
Əməliyyatda diqqət çəkən məqam Türkiyənin iştirak etməməsidir.
Hansı ki, Amerika əvvəldən buna qarşı idi. Oktyabrın 20-dən sonra
keçirilməsi nəzərdə tutulan əməliyyatın bu gün qəfil başlamasının
arxasındakı məqsəd də Türkiyənin iştirakının qarşısını
almaqdır.
Türkiyə hazırki vəziyyətlə razılaşmaq fikrində deyil. Məlumatlara
görə, Ankaranın üç planı var.
Plan 1: Türkiyə Mosul əməliyyatına koalisiya
gücləri ilə qatılmağı təklif edəcək və havadan dəstək verəcək.
2005-ci ildən başlayaraq, İŞİD-in Mosulu zəbt etdiyi 2014-cü ilə
qədər bölgədə yeganə diplomatik təmsilçiliyi olan Türkiyənin burada
güclü kəşfiyyat şəbəkəsi var. Bu,Mosulda Türkiyənin daha
əhəmiyyətli olduğunu sübut edir. Ankara A planında yer alarsa,
kəşfiyyat məlumatlarını koalisiya gücləri ilə paylaşacaq. Həmçinin,
Mosul yaxınlığındakı Başika bazasından istifadə etməyə icazə
verəcək, bazada təlim keçdiyi sünni ərəblər, kürdlər və
türkmanlardan ibarət 600 əsgərlə əməliyyata kömək edəcək.
Mosul İraqda ABŞ kəşfiyyatının ən zəif olduğu yerdir. Halbuki,
əməliyyat zamanı İŞİD-lə yerli xalqı ayırmaq üçün yerli mənbələrin
məlumatı əsasdır.
Plan 2: Türkiyənin əməliyyatda iştirakına icazə
verilməsə, B planı dövriyyəyə girəcək. Belə ki, Ankara Şimali İraq
Kürd Muxtariyyəti və Mosulun keçmiş valisi Esil Nuceyfinin
rəhbərliyi altındakı Mosul Vilayət Məclisinin üzvlərinin dəvəti ilə
əməliyyata daxil olacaq.
Türkiyə 2014-cü ildən bəri Başika, Dohuk, Süleymaniyə və Ərbildə
təlim keçdiyi peşmərgə, türkman və sünnilərdən ibarət Haşdi Vatani
qruplarını dövriyyəyə salacaq.
Bu plana şiə güclər müdaxilə etmək istəsə, peşmərgə onların
qarşısını kəsəcək. B planı Rusiya ilə təmas şəkilində həyata
keçiriləcək.
Plan 3: Ankaranın ABŞ-ın sünni ərəblər və Ərbil
(Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı) üzərində təzyiq etməsi
ehtimalına qarşı da planı var. Əgər Vaşinqton və Bağdad ərəb və
kürdləri Türkiyəyə qarşı qaldırsa, o zaman C planı dövriyyəyə
girəcək. Belə ki, Türkiyə "Fərat qalxanı" əməliyyatındakı kimi
hərəkət edərək, bölgədə türkman şəhəri olan Telaferdəki
soydaşlarını qorumaq məqsədilə bölgəyə müdaxilə edəcək. Beləliklə,
Telafredə yerləşən Türkiyə lazım olan anda Mosula müdaxilə
edəcək.
Göründüyü kimi, Mosul əməliyyatı sadəcə şəhəri İŞİD-dən təmizləmək
yox, bölgədə güc sahibi olmaq uğrunda aparılan müharibədir.
Böyük güclər iki cəbhəyə bölünüb. ABŞ, İran və İraq bir cəbhədə,
Türkiyə başqa cəbhədə yer alır. Rusiyanın da gizli şəkildə
Türkiyəyə dəstək verəcəyi gözləniləndir.
Ən təhlükəli ssenari isə Türkiyənin B planını tətbiq etmək
məcburiyyətində qalmasıdır. Əgər bu baş verərsə, o zaman ABŞ
rəhbərliyindəki koalisiya gücləri Ankaraya qarşı çıxa, beləliklə,
bölgədə böyük qarşıdurma yarana bilər. Bu, artıq yerli güclərin
yox, böyük ölkələrin savaşı ola bilər.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu