Nida Təhlil
Qarabağda “Zeytun budağı” əməliyyatı: Bakının bu addımı İrəvanı QORXUYA SALDI
Ermənistan Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun
budağı” anti-terror əməliyyatının Dağlıq Qarabağda da
təkrarlanmasından qorxur.
Publika.az xəbər verir ki, Dağlıq Qarabağ BMT tərəfindən
Azərbaycan torpağı olaraq tanındığı üçün rəsmi Bakı beynəlxalq
hüquqa əsasən istənilən vaxt Qarabağda anti-terror əməliyyatı
keçirə bilər. Ermənistanı narahat edən də məhz budur. İrəvanda
hesab edirlər ki, Türkiyənin “Zeytun budağı” əməliyyatı Qarabağda
da anti-terror əməliyyatının keçirilməsinə presedent yarada
bilər.
Ermənipərəst mövqeyi ilə məşhur olan rusiyalı politoloq Stanislav
Tarasov Ermənistan mediasına açıqlamasında Qarabağ ətrafında
danışıqların dalana dirəndiyini və yeni gərginliyin ola biləcəyini
deyib.
“Türkiyənin Afrində “Zeytun budağı” əməliyyatı analoji addımın
Qarabağda da atılması məsələsini gündəmə gətirib. Bu mümkünsüz
görünmür, lakin bunun üçün Rusiyanın da icazəsi lazımdır. Moskva
Ankaranı Afrin əməliyyatında dəstəklədi, bu dəstəyin Qarabağda
veriləcəyini demək çətindir. Lakin münaqişə ətrafındakı vəziyyət
tufandan öncəki sakitliyi xatırladır”, - deyə o bildirib.
Tarasov hesab edir ki, hələlik danışıqların davam etməsi ssenarisi
ön plandadır: “Lakin prezidentlər səviyyəsində görüşün olacağı sual
altındadır. Çünki apreldə Ermənistanda hakimiyyətin
transformasiyası olacaq. Bu baxımdan, danışıqlarda Ermənistanı
kimin təmsil edəcəyi məlum deyil. Sarkisyan baş nazir olarsa,
danışıqlara bu statusda qatıla bilər, yaxud bu səlahiyyət yeni
prezidentə verilə bilər. Hər şey ola bilər, amma hazırda dumanlı
atmosfer mövcuddur. Bu da münaqişə ətrafında təhlükəli vəziyyət
yaradır”.
Qeyd edək ki, Afrində əməliyyatlar başlayandan sonra bir sıra
erməni eksperti Rusiyanın Azərbaycan və Türkiyənin Qarabağda birgə
hərəkətə keçməsini susqunluqla qarşılayacağını gündəmə gətirir.
Erməni siyasi şərhçi Aram Amatuni iddia edir ki, Rusiya lazım olan
məqamda Ermənistanı Türkiyə və Azərbaycanın qucağına atacaq:
“Türkiyənin Afrin əməliyyatı Ermənistanın gələcəyini də sual altına
qoyur. Təbii ki, düz xətt üzrə bu təhlükə görünmür. Lakin Rusiyanın
Suriyada Türkiyənin qabağını açması faktı unudulmamalıdır. Bu
kontekstdə Gümrüdəki rus bazası da Türkiyənin Ermənistanı “udması”
üçün platforma ola bilər. Əgər Ankara və Bakı Qarabağın azadlığı
hərəkatına başlasa, Rusiya onların qarşısından çəkiləcək və
Ermənistan meydandan tək qalacaq”.
Digər erməni şərhçi K.Ambartsum isə Amerikanı Türkiyənin qarşısını
almamaqda ittiham edib.
“Türkiyə Afrində quru əməliyyatına başladı. Hazırda türk ordusu
uğurlu hücumlarını davam etdirir. Rusiya bu əməliyyatı dəstəkləyir,
Amerika isə Türkiyənin qarşısında geri çəkilir. Ankara Vaşinqtonu
güclü şillə ilə qarşıladı. Bu, faktiki olaraq, Türkiyənin
güclənməsi və gələcəkdə istədiyi addımı atmasına imkan yaradır. Baş
verənlər Ermənistan üçün də ciddi təhlükə deməkdir. Görünür, sabah
Ankara və Bakı Qarabağda hərbi əməliyyata başlasa, Türkiyənin gücü
qarşısında heç kim səsini çıxara bilməyəcək və heç kim Ermənistanı
müdafiə etməyəcək”, - deyə o bildirib.
Asif
-
Region12:50
Məşhur futbolçu Gürcüstan prezidenti ola bilər - FOTO
-
Hadisə12:13
Zümrüd Yağmur axtarışa verildi
-
İdman11:52
Ayrıldıqdan sonra daha yaxşı oynayır: Ulduz futbolçunun həyatını "zəhərləyən" gözəl kimdir? - FOTOLAR
-
Maraq dünyası11:40
Bu iki bürcdən olan insanlar qeyri-adi qüvvəyə malikdir
-
Dünya10:44
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
-
Sosial10:25
Şəhid ailələri ilə bağlı daha bir QƏRAR
-
Sosial09:54
Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
-
MDB09:12
Rusiya paytaxtı vurdu: qurbanlar var