Nida Xəbər
Ermənistanı alt-üst edən SİRR ORTAYA ÇIXDI: Qarabağ ermənilərinin türk olduğu SÜBUT EDİLDİ
“Qarabağda yaşayan ermənilər əslində erməni əsilli xalq
deyil. Onlar Dağlıq Qarabağ münaqişəsində erməni millətçilərinin və
şovinistlərinin girovu oldu, lakin çox az adam anlayır ki, oradakı
yerli əhalinin ermənilərə heç bir aidiyyəti yoxdur”.
Publika.az xəbər verir ki, “kafkazplus” saytı vaxtilə
Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində yaşayan, Azərbaycan
vətəndaşlığı statusunu daşımış sakinlərin etnik tərkibini
araşdırıb.
Sayt yazır ki, Qarabağda yaşayan ermənilər İrəvanda və Ermənistanın
digər ərazilərindəki ermənilərdə həm zahirən, həm də mentalitet
olaraq fərqlənir: “Həmçinin, bütün müşahidəçilər Qarabağ
“erməniləri” ilə azərbaycanlıların zahiri oxşarlığını qeyd edirlər.
Lakin onların erməni adlandırması pradakos yaradır”.
Müsəlman və xaçpərəstliyə bölünən
qarabağlılar
Araşdırmada alimlərin fikrinə istinadən bildirilir ki, Qarabağ
sakinlərinin əksəriyyəti Qafqaz Albaniyasının qədim əhalisinin
nəsilləridir (Bu gün Ermənistan rejimi alban tarixinə də iddia edir
– red.).
“Sadəcə olaraq, onların biri tamamilə türk dilinə keçdilər və
müsəlman oldular, digərləri xaçpərəstliyə keçdilər. Xaçpərəstliyi
seçənlər illər sonra bura gələn ermənilərin dilini mənimsədi. Bunu
sübut edən digər məqam Ermənistandakı ermənilər arasında yayılan
genetik xəstəliklərin Qarabağdakı “ermənilər” arasında olmamasıdır.
Bu xəstəlik ermənilərin bu ərazilərə köçdüyü Aralıq dənizinin şərq
sahilləri (indiki Suriya, Livan əraziləri. Ermənilər hələ də bu
ölkələrdə kompakt şəkildə yaşayırlar – red.) və Balkan
yarımadasının cənub hissəsi üçün tipikdir. Bununla yanaşı, Qarabağa
aid tarixi etnosların da ermənilərə heç bir aidiyyəti yoxdur. Bu
etnoslar daha çox alban nəslindən gələn Dağlıq Dağıstanın
xalqlarına yaxındır. Təbii ki, ermənilər bura gələndən sonra yerli
tarixi və mədəniyyəti məhv edərək, ermənizmi yaydılar. Qafqaz
Albaniyasının dini cəhətdən də erməni kilsəsinə heç bir
yaxınlığının olmaması da sübutlardan biridir. Yerli tarixi məhv
edən ermənilər Qarabağdakı alban dini nümunələrini də məhv etdi”, -
araşdırmada deyilir.
Azərbaycan xaçpərəstləri necə “erməni” oldu?
Sayt yazır ki, Qarabağın məbədlərində köhnə alban yazılarının
ermənilər tərəfindən şüurlu şəkildə dəyişdirildiyinə dair bir çox
fakt var: “Ermənilər yazıların üzünü köçürür və “təmiz erməni”
variantına çevirirdilər. Bununla belə alban xaçpərəstlər öz
dillərini və etnik şüurlarını uzun müddət saxlayırdı. Hətta XVIII
əsrdə əcnəbilər qeyd edirdilər ki, Qarabağdakı xaçpərəstlər
dinlərinə görə ermənilərdən fərqlənirlər. Yerli “ermənilər”
albanların və türklərin törəmələridir. Lakin XIX əsrdə ermənilər
Rusiya imperiyası hakimiyyətini inandırdırdılar ki, Azərbaycanın
ərazisindəki xaçpərəstləri də ənənəvi erməni kilsəsinə tabe etmək
lazımdır. Nəticədə Alban katalikosu ləğv olundu və Eçmiədzin
katalikosuna tabe edildi. Rusiya imperiyasında erməni kilsəsinə
inananların hamısı, o cümlədən Qarabağın alban əhalisi erməni hesab
olunurdu. Bundan sonra İrandan və Türkiyədən ermənilər kütləvi
sürətdə Qarabağa köçməyə başladı. Lakin yenə də yerli alban
xalqının assimlyasiya edilməsi tamamilə mümkün olmadı. Çünki
Qarabağa köçən ermənilərin əksəriyyəti tacirlər idi. Onlar
ticarət-sələm şəbəkəsini yaratdılar və özlərini Qarabağın yerli
əhalisindən üstün tuturdular, hətta onlarla nikaha belə daxil
olmurdular. Qarabağ ilk köçən ermənilər sonradan Rusiya
imperiyasının böyük şəhərlərinə getdilər. Erməni ruhanilərin
səylərinə baxmayaraq, Azərbaycan xaçpərəstləri öz yaddaşını
saxlayırdı”.
Terror və qətllər
Araşdırmadan məlum olur ki, erməni ruhanilər vəziyyəti xeyirlərinə
dəyişmək üçün başqa yollara əl atmağa başlayır. Onlar Alban
katalikosuna gəlmə erməniləri keşiş təyin etmək üçün hakimiyyət
nümayəndələrini satın alırlar. Ermənizm həm də siyasi xətt üzrə
yayılırdı. Bu, “daşnaksütyun”un gəlişindən sonra xüsusilə gücləndi.
Daşnaklar ilk növbədə əhali arasında erməni millətçiliyinin kök
salmasına diqqət yetirirdi. Erməniləşməyə etiraz edən yerli əhali
təqiblərə məruz qalır, terrorla üzləşirdi. Daşnaklara yardım etmək
istəməyən insanlar qətlə yetirilirdi.
Azərbaycanın səhvi və hələ də itirlməyən
şans
Sayt yazır ki, SSRİ dövründə Azərbaycan hakimiyyətinin ən böyük
günahı ermənilərin “qardaşlıq” yalanlarına inanaraq, alban milləti
və mədəniyyətini dirçəltməyə başlamaması oldu.
“Hətta möcüzə ilə öz tarixi köklərini saxlayan udinlər də sovet
vaxtı ciddi problemlərlə üzləşdi. Sadəcə olaraq, udinlər Dağlıq
Qarabağ Muxtar Vilayətinin erməni millətçilərinə tabe olmadıqları
üçün tamamilə assimiliyasiyaya məruz qalmadı. Beləliklə, erməni
adlandırılan Qarabağ əhalisinin ermənilərə heç bir aidiyyəti
yoxdur, onlar türk komponentləri ilə qədim albanlardır. Hətta
günümüzdə belə onlar təmiz erməni dilində danışmırlar.
Xoşbəxtlikdən, Qarabağ xaçpərəstləri arasında cəsarətli insanlar
hələ də qalır. Onlar alban keçmişləri uğrunda mübarizəni davam
etdirirlər. Bunu etmək çətin və təhlükəlidir, lakin yenə də var”, -
deyə sayt vurğulayır.
Qeyd edək ki, bir müddət öncə Artur Ağacanov adlı şəxs sosial
şəbəkədə Qarabağda erməni təbliğatına və saxtakarlığına etiraz
etmişdi. O, Qarabağın xaçpərəst əhalisinin erməni millətçilərinin
zəhərli təbliğatı ilə beyinlərinin yuyulması haqda danışırdı.
“Çox əsrlər ərzində Qarabağ ərazisi müxtəlif müharibələr və
toqqumalara səhnə olub. Bu proses nəticəsində Qafqaz Albaniyasının
qədim hissəsi olan bölgənin mədəniyyəti, məbədlər, arxitektura
abidələri və xalqların mirası dağıdılıb. Qədim miras hazırda erməni
mədəniyyəti və tarixinə aid edilib”, - deyə Ağacanov müraciətində
bildirirdi.
Qarabağın Azərbaycana məxsus olduğu dediyi
üçün...
“Kafkasplus” Qarabağ xaçpərəstlərinin bioloji olaraq Azərbaycana
yaxın olduğunu yenidən vurğulayır və yazır ki, erməni
millətçilərinin terroruna görə onların çoxu əsil kimliyini
gizlədir: “Son 25-30 ildə erməni millətçilərinə qarşı çıxan
çoxsaylı fəal, siyasətçi, ictimai xadim ya məhv edilib, ya da
qorxudulub. Lyuba adlı fəal Qarabağın ermənilərə aid olmadığını və
Azərbaycanı tərkib hissəsi olduğunu dediyi üçün dəhşətli
təhlükələrlə üzləşdi. Bu gün Ermənistanda Qarabağdan olanlara
“ikinci növ” insan kimi baxırlar, onları aşağılayırlar. Hansı ki,
bu insanlar erməni olmadıqlarını bildikləri halda qorxudan
susurlar. Lakin həqiqəti gizlətmək yox, mübarizə aparmaq lazımdır.
Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar – BMT, UNESCO erməni
zülmünün qarşısını almalıdır”.
Asif
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA