İdman
Vaqif Cavadov: “Dortmunda məğlub olmağa getmirik”
Azərbaycan Premyer Liqasının 11-ci turunun “Kəpəz”lə oyunu “Qəbələ”nin bu yay heyətinə qatdığı Vaqif Cavadov üçün əlamətdar olub.
Publika.az xəbər verir ki, bundan əvvəlki turda meydana sonradan çıxan yarımmüdafiəçi ilk dəfə “Qırmızı-qaralar”ın start heyətində yer alıb. 26 yaşlı futbolçu qarşılaşma haqda fikirlərini klubun rəsmi saytına bildirib:
“Baş məşqçi mənə etimad göstərib, ilk dəqiqələrdən meydanda olmaq üçün şans verdi. Təəssüf ki, bu qarşılaşmadan məğlub ayrıldıq. 90 dəqiqə daha üstün oyun nümayiş etdirdik. Rəqib qapısına hücumlar təşkil edib, qol imkanları yaratsaq da, sonda qol buraxaraq uduzduq. Artıq neçə görüşdür üstünlük bizdə olsa da, qalib gələ bilmirik. Lakin hələ qarşıda oyunlarımız var. Hər şey qaydasına düşəcək. Hücumlarımız zamanı bizim də müəyyən səhvlərimiz olur. Onları da aradan qaldıracağıq. Öz oyunuma gəlincə, bunu dəyərləndirmək istəməzdim. Həmişə klubum üçün, millidə isə yığmamız üçün oynamışam. Buna qiyməti isə mütəxəssislər versinlər”.
Cavadov Avroliqanın növbəti turunda noyabrın 5-də keçiriləcək Dortmund “Borussiya”sı ilə oyun haqda da danışıb:
“Borussiya” ilə oyuna səylə hazırlaşırıq. Bütün komandamız bu matça köklənib. Çox çətin oyun olacaq. Lakin biz Dortmunda məğlub olmağa getmirik. Bakıdakı ilk oyunda da bu rəqibə qarşı oynaya biləcəyimizi göstərdik. Həmin qarşılaşmada uduzsaq da, qol imkanlarımız da oldu. Lakin onlardan istifadə edə bilmədik. Meydana çıxıb-çıxmayacağım baş məşqçinin seçimindən asılıdır. Bu görüşdə mənim üçün qol vurmaqdan daha çox nəticə önəmlidir. Əlbəttə, hər futbolçu qol vurmaq istəyir. Lakin komandanın uğuru daha vacibdir”.
-
Qoroskop01:40Günün ulduz falı: Lüks əşyalara olan meyliniz artacaq
-
Magazin100:15Elşən Binəqədi vəfat etdi - Meyiti morqda qaldı
-
Hadisə27 Fevral 22:58Azərbaycanda şagirdlər zəlzələyə belə yaxalandılar - Anbaan video
-
İnanc27 Fevral 21:31Ramazanın 10-cu gününün duası - İftar və imsak vaxtları
-
Dünya27 Fevral 19:50Britaniya diplomatlarını İrandan təxliyə etdi
-
Hadisə27 Fevral 19:45Şamaxıda üçüncü dəfə zəlzələ oldu
-
Sosial27 Fevral 19:10FHN bu oteldə nöqsanlar aşkarladı - Video
-
Hadisə27 Fevral 18:40"Ginnesin rekordlar kitabı"na düşən azərbaycanlı faciəvi şəkildə öldü - Foto























.jpg)








.jpg)




