İdman
“Qəbələ” ay-ulduzdan niyə imtina edib? - FOTOLAR
Dünyanın bir çox klubları öz formalarıyla fərqlənirlər. Məsələn, Argentinanın "Boka Xuniors" klubu formanın ortasında olan üfüqi sarı zolaq, bu klubun əzəli rəqibi "River Pleyt" isə ağ formasındakı qırmızı zolaqla fərqlənir. Buna aid Avropada da bir neçə misal göstərmək olar (Moskva "Spartak"ı, "Rayo Valyekano", PSJ, "Bordo" və s.).
Publika.az xəbər verir ki, ölkəmizdə formasının dizaynı ilə seçilən klublar arasında "Qəbələ"ni nümunə kimi göstərmək olar. Premyer Liqada çıxış etdiyi ilk mövsümdə mavi-qırmızı, daha sonra ağ-qara, ən sonda isə hazırki qırmızı-qara rənglərə üstünlük verən komanda, son formasında yeni simvol da həkk etdirməklə, bu mənada digər klublarımızdan fərqləndi.
Belə ki, "Qəbələ" artıq bir neçə mövsümdür meydana hər iki çiyni üzərində ölkəmizin əsas simvollarından olan aypara və səkkiz guşəli ulduz həkk olunmuş formalarda çıxır. Ölkəmizin əsas simvolu klubun loqosunda da öz əksini tapıb. Klub cari avrokubok yarışlarına da artıq ənənəvi sayılan ay-ulduzlu formalarla çıxırdı. Ta ki, Roman Qriqorçukun yetirmələri qrup mərhələsinə vəsiqə qazanana kimi. Komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra yeni formalar sifariş etdi. Əvvəlki kimi, "Joma" firmasının istehsalı olan yeni formaların da üzərində ənənəvi aypara və səkkiz guşəli ulduz təsvir edilmişdi. Ancaq "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin PAOK-a qarşı ilk oyununda bu ənənəvi simvola rast gəlmədik. Artıq Avropa Liqasının qrup mərhələsinin 4 oyunu arxada qalsa da, "Qəbələ"nin formasında ay-ulduzu gördüm deyən olmadı. Maraqlıdır ki, "Qımızı-qaralar"ın məhz Avroliqa oyunlarında bu simvola rast gəlmirik. Ancaq komandanın Azərbaycan Premyer Liqasının oyunlarında geyindiyi eyni dizaynlı formalarda ay-ulduz həmişəki yerində qalır.
Burda ilk olaraq ağıla UEFA-nın hansısa qadağası gəlirdi. Klub rəsmisiylə söhbətdə bunun məhz belə olduğu aydınlaşdı. "Qəbələ"nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə söhbətdə klubun Avropa Liqasının qrup mərhələsində ay-ulduzdan istifadə etməməsinin əsas səbəbi kimi, UEFA-nın bununla bağlı xüsusi qadağasının olduğunu öyrəndik. Ancaq burda söhbət heç də formada ay-ulduz simvolundan istifadəyə qadağa qoyulmasından getmir.
Belə ki, UEFA öz bayrağı altında keçirilən yarışlarda formaya orijinaldan fərqli bir elementin yapışdırılmasını qadağan edir. "Qəbələ"nin hazırki formasında bu simvolun formaya sonradan əlavə edilməsinə görə, klub bu formalardan avrokubok oyunlarında istifadə edə bilməyib. Klub ay-ulduzlu formadan Avropa Liqasının təsnifat mərhələsində istifadə edə bilsə də, qrup mərhələsində daha ciddi nəzarət olduğundan, bu mərhələnin oyunlarında ənənəvi simvoldan imtina etməli olub. (Komanda.az)
-
Region15:45Bakıdan qayıdan erməni: Azərbaycanla sülhə qarşı çıxanlar ya əclafdır, ya da...
-
İdman15:00"Neftçi" yeni baş məşqçini Türkiyədə axtarır: Görün namizədlər kimlərdir
-
İdman14:30Arağı reklam edən erməni futbolçu İranı bir-birinə vurdu
-
Sosial12:55Azərbaycanda daha bir erkən nikahın qarşısı alındı
-
Köşə12:26Ermənini qucaqlayan Əfəndidən şəhid qəbri qucaqlayan analara hörmətsizlik
-
Rəsmi xronika12:14İlham Əliyevin 8 yaşında çəkdiyi - RƏSM
-
İdman11:42"Neftçi"nin istədiyi məşqçi Bakıya gələ bilmir: Qadağa qoyulub
-
Sosial11:09Bakının bu ərazilərində qaz olmayacaq








.webp)





.jpg)





.webp)

.jpg)





_(3).jpg)




