"Qəbələ" və "Qarabağ"a bir qol kifayət etdi
Bizi izləyin

İdman

"Qəbələ" və "Qarabağ"a bir qol kifayət etdi

Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tur start götürüb.

Publika.az xəbər verir ki, cari mövsümün sürpriz komandalarından olan "Zirə" ötən turda "Qarabağ"ı məğlub edən "Neftçi"ylə qarşılaşıb. Əsgər Abdullayevin baş məşqçi təyin olunmasından sonra itkisiz irəliləyən "ağ-qaralar" "qartallar"ı da məğlub edərək, uğurlu oyunlar seriyasını davam etdirmək fikrində idilər. Amma onlar bu istəyinə çata bilməyiblər - 1:1.

Lənkəranda isə 6 oyunda Premyer Liqada qələbə üzünə həsrət qalan "Qəbələ" "Xəzər Lənkəran"la qarşılaşıb. Roman Qriqorçukun komandası matçda vurulan yeganə qol sayəsində qələbə qazanıb.

Turun və günün mərkəzi oyunu Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutub. Burda lider "Qarabağ" 2-ci pillədə qərarlaşmış "İnter"i qəbul edib. Premyer Liqanın son turunda "Neftçi"yə məğlub olan "köhlən atlar" "bankirlər"ə 1:0 hesabıyla qalib gəliblər.

Azərbaycan Prmeyer Liqası, 15-ci tur

6 dekabr

Xəzər Lənkəran - Qəbələ 0:1

Qol: Aleksey Antonov, 21.

Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Akif Əmirəli, Vaqif Musayev
Əlavə köməkçi hakimlər:
İnqilab Məmmədov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Lənkəran."Xəzər Lənkəran" mərkəzi stadionu, 16:00.

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 16. İbrahim Qədirzadə, 18. Tural Cəlilov, 32. Zaman Mirzəzadə, 41. Hüseyn Xəlilzadə, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli.

Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 77. Əli Əliyev, 79. Namiq Qocayev.

Baş məşqçi: Yunis Hüseynov.

Qəbələ: 1. Andrey Popoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov, 10. Dodo (k), 19. Aleksey Qay (k), 21. Arif Daşdəmirov, 32. Fakundo Pereyra, 44. Rafael Santos, 69. Aleksey Antonov.

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 7. Ermin Zets, 25. Qismət Alıyev, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov, 87. Ruslan Abışov, 88. Derlis Meza Kolli.

Baş məşqçi: Roman Qriqorçuk.


Neftçi - Zirə 1:1

Qol: Ruslan Qurbanov, 10 - Luis Alberto Diez, 4.

Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Knyaz Əmiraslanov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
Bakı."Bakcell Arena", 16:00.

Neftçi: 1. Aqil Məmmədov (k), 4. Rahil Məmmədov, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 10. Cavid İmamverdiyev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 19. Fəhmin Muradbəyli, 26. Kamal Qurbanov.

Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 8. Elşən Abdullayev, 14. Məhəmməd Qurbanov, 7. Araz Abdullayev, 3. Filyo Jairo Rodriges, 16. Əziz Quliyev, 21. Samir Məsimov.

Baş məşqçi: Əsgər Abdullayev.

Zirə: 85. Kamal Bayramov, 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 5. Adil Nağıyev, 13. Aleksandr Şemonayev (k), 11. Viktor İqbekoyi, 33. Dieqo Souza, 28. Təmkin Xəlilzadə, 17. Nicat Qurbanov, 32. Luis Alberto Diez, 10. İqor İvanoviç.

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 27. Rəşad AbdullayevŞ 77. Ruslan Poladov, 7. Rihairo, 8. Tərzin Cahangirov, 70. Mirkamil Həşimli, 19. Nurlan Novruzov.

Baş məşqçi: Adil Şükürov.


Qarabağ - İnter 1:0

Qol: Dani Kintana, 34.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Gülağa Cabarov
Suraxanı. T.İsmayılov adına qəsəbə stadionu, 18:30.

Qarabağ: 13. İbrahim Şehiç 5. Maksim Medvedev 8. Migel Madera 10. Dani 14. Rəşad Sadıqov (k) 18. İlqar Qurbanov 22. Əfran İsmayılov 55. Bədavi Hüseynov 70. Marinaldo Çiçero 90. Samuel Armenteros 91. Coşqun Diniyev.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev 2. Qara Qarayev 6. Vüqar Mustafayev 29. Raydell Pupon 32. Elvin Yunuszadə 77. Cavid Tağıyev 97. Mahir Mədətov.

Baş məşqçi: Qurban Qurbanov.

İnter: 1. Səlahət Ağayev (k) 4. Laşa Kasradze 6. Laşa Salukvadze 8. Nizami Hacıyev 15. Stepan Polyak 20. Yuri Fomenko 22. İlkin Qırtımov 23. Dieqo Martins 24. Fuad Bayramov 30. Abbas Hüseynov 88. Abdulla Abatsiyev.

Ehtiyat oyunçular: 79. Georgi Lomaya 3. Xuan Fransisko 9. Limam Seydi 10. Elnur Abdullayev 12. Ruslan Əmircanov 17. Mirsahib Abbasov 18. Mənsur Nəhavəndi.

Baş məşqçi: Zaur Svanadze.


7 dekabr

Sumqayıt - Kəpəz

Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Coşqun Həsənov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
Sumqayıt. "Kapital Bank Arena", 17:00.

Rəvan - AZAL

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. "Bayıl Arena", 20:00.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm