İdman
Yenidən günahlandırıldı – “Axı hələ gəncəm, 21 yaşım var”
Ağır Atletika Federasiyası yeni-yeni “bismillah” edib təmiz yola addım atdığını düşünürdü ki, növbəti dəfə dopinq qalmaqalı təhlükəsi ilə qarşılaşdı. Belə ki, Azərbaycan ağırlıqqaldıranı Silviya Angelova yenidən dopinq-testdən keçə bilmədi.
Bolqarıstanlı legioner ötən ay ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında orqanizmindən istifadəsi qadağan olunmuş dərman preparatı tapılan 4 atletdən biri olub. 33 yaşlı idmançının A probu müsbət nəticə verib. B probu da eyni nəticəni versə, Angelova ömürlük diskvalifikasiya ediləcək. Çünki bu hal təcrübəli ağırlıqqaldıranın karyerasında ikinci dəfə baş verir.
İlk dəfə 2013-cü il aprelin 8-də onun orqanizmindən anabolik turinabol steroidi aşkarlanıb. Nəticədə Azərbaycan millisinin üzvü 2 il müddətinə diskvalifikasiya olunub.
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin digər üzvü Valentin Xristov da növbəti dəfə bu təhlükə ilə üz-üzə qalıb. 2 illik diskvalifikasiya müddəti ilin əvvəlində başa çatan Bolqarıstan əsilli olimpiya mükafatçımızdan götürülən A probu müsbət nəticələnib. Bu səbəbdən o, B probu vermək məcburiyyətində qalıb. Əgər ikinci analiz də müsbət nəticələnərsə, idmançımız podiumdan ömürlük uzaqlaşdırılacaq.
İkinci dəfə dopinqdə günahlandırılan Valentin Xristov qarşılaşdığı problemlə bağlı Publika.az-a danışdı. O, ikinci dəfə belə haqsızlıqla qarşılaşmağın onun karyerası üçün zərbə olacağını dedi:
“Yarışa getməmişdən öncə daxili dopinq-test vermişdim. Federasiyadan və Gənclər və İdman Nazirliyindən mənim təmiz olduğumu bildirmişdilər. Beləliklə də dünya çempionatına getdim. İndi mənim üçün sadəcə B testinin cavabını gözləmək qalır. Bu mənə qarşı ikinci belə haqsızlıqdır.
Dua edək ki, ömürlük olmasın, çünki gəncəm, mənim hələ 21 yaşım var”.
Bildirək ki, mundialda 6-cı pilləni tutan Elxan Əliquluzadə də dopinqlə üzləşən atletlər sırasına düşüb. 77 kq çəki dərəcəsində çıxış edən atletimizin də istifadəsi qadağan olunan preparatdan yararlanması rəsmiləşərsə, o da karyerasını başa vurmaq məcburiyyətində qalacaq.
Qeyd edək ki, bu dopinq problemi kişilərdən ibarət yığmamızın komanda hesabında tutduğu yerə də təsir edəcək. Millimizin 2 dünya çempionatının nəticəsinə əsasən 16-cı pilləni tutaraq, Rioya 4 lisenziyanı təmin etməsində Xristovla Əliquluzadənin də böyük rolu olub. Onlar müvafiq olaraq, komandamızın aktivinə 23 və 20 xal əlavə ediblər. Əgər B probu müsbət nəticə verərsə, bu xallar yığmamızın hesabından silinəcək.
Xatırladaq ki, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə dopinq problemi ilə bağlı belə açıqlama vermişdi:
“Milli Olimpiya Komitəsində anti-dopinq komissiyamız var. İdmançılar qayıtsınlar, mütəxəssislər baxacaqlar. Müzakirə edəndən sonra bir nəticə hasil olacaq. Bu işdə məsul olan şəxslərdən baş verənlərin səbəbini soruşacağıq. Bildiyiniz kimi, bir neçə il əvvəl də belə bir problem yaranmışdı. Bu, təkrar olunmamalı idi”.
Aygün İlqarqızı
-
Magazin105:45
Bu da Röya Ayxandan "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO
-
Sosial21 Dekabr 22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ
-
MDB21 Dekabr 21:12
Zaxarova Yeni il üçün görün hansı yeməyi hazırlayacaq - "Elə bişiririk ki..."
-
Sosial21 Dekabr 20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ