Qırmızı.az
9 aylıq hamilə qadına işgəncə verilib - AZƏRBAYCANDA
Azərbaycanda 9 aylıq hamilə qadın ağır vəziyyətdə Azərbaycan Uşaq Birliyinə məxsus sığınacağa yerləşdirilib. Onun işgəncəyə məruz qaldığı ehtimal olunur.
Bu barədə Publika.az-a Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, qadının vəziyyəti çox ağırdır və danışa bilmir:
“Bizə gəlməmişdən əvvəl 3 gün xəstəxada yatıb. Hazırda da çox bərbad durumdadır, bizə heç nə danışa bilmir. ANS telekanalına müraciət edib və oradan bizə yönəldiblər. Sənədlərinə baxmışam, Bakıda yaşayan deyil, bura regiondan gəlib. Amma onun haradan gəlməsi, adı-soyadı ilə bağlı məlumat verə bilmərik. Çünki, ola bilər ki, ona qarşı hansısa zorakılıq faktı olsun. Bəlkə də, həyatı üçün təhlükə var”.
K.Ağazadə bildirib ki, xüsusi polis qurumuna qadınla bağlı məlumat verilib və onunla bağlı araşdırma aparılacaq.
Gülnar Əliyeva
-
Nida Xəbər 14:45Əli Əsədov sərəncam imzaladı
-
MDB13:55Bu ölkə separatçı Abxaziya və Cənubi Osetiyanı tanımaq qərarını geri götürdü
-
MDB13:07Rusiya müharibənin bitəcəyi tarixi açıqladı: Bunu istəyirik
-
ABŞ12:20ABŞ siyasətində şok statistika: Ən çox söyüş söyən prezidentlər bəlli oldu
-
Nida Xəbər 12:08Azərbaycan və Mərkəzi Asiya: Yeni geosiyasi əməkdaşlıq modeli - TƏHLİL
-
Magazin111:16Xalq artisti nəvəsini hərbi xidmətə yola saldı - FOTO
-
Rəsmi xronika10:34İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
-
Köşə09:33Axı “Qarabağ” niyə belə edir?
























.jpg)








