Nida.az
Könüllü gənclər müharibəyə başladı
Könüllülərdən ibarət bir qrup gənc son günlər cəbhədə baş verən hadisələrlə bağlı dünya mətbuatında yer alan yanlış məlumatların qarşısını almaq üçün maraqlı bir addım atıblar.
Onlar “Könüllülərinin İnformasiya Qərargahı” adı altında ölkəmiz haqqında, hazırda təmas xəttində baş verənlərlə bağlı xarici mətbuatda yayımlanan informasiyaların yetərsiz olduğunu bildirərək, informasiya müharibəsində dövlətimizə yararlı olmaq məqsədi ilə bir araya gəliblər.
Musavat.com-un əməkdaşı bu təşəbbüsü irəli sürüb, təşkilatçılıq edən gənclərlə əlaqə saxlayıb. Saytımıza danışan könüllü təşkilatçı Faiq Əliyev bunlar söylədi: “Biz “Azərbaycan Könüllülərinin İnformasiya Qərargahı” olaraq, ölkəmiz haqqında, hazırda torpaqlarımızda gedən döyüşlər zamanı xarici mediada yayılan informasiyalar yetərsiz olduğu və informasiya müharibəsində dövlətimizə yararlı ola bilmək üçün bir araya gəldik”.
F.Əliyev bildirdi ki, təşəbbüsü Fuad Hacıyev adlı gənc “facebook” sosial şəbəkəsi üzərindən edib: “Dostumuz Fuad öz ideasını irəli sürdükdən sonra biz də ona dəstək verdik. Onun yazdığı status 1400-dən çox insan tərəfindən paylaşıldı. 100-dən çox tərcüməçi könüllü olaraq bizə yardımçı olmaq istədiyini bildirdi. Əvvəlcə maxsimum 5 xarici dilə tərcümələri nəzərdə tutsaq da, hazırda 25-dən çox dildə bizə köməklik edə biləcək könüllülər var".
Qərargahda daimi yardımçı olan işçilər arasında Faiq Əliyev, Rüfət Abdullayev, Günay Məhərrəmli və Fuad Hacıyevin olduğunu deyən müsahibimiz “Könüllülərin böyük əksəriyyəti e-maillər və sosial şəbəkə üzərindən yardımçı olub, tərcümələr edirlər. Daha sonra qrup və səhifə açdıq. Mən Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatları qrupda paylaşıram, onlar tərcümə edir. Könüllü redaktorlarımız isə onları redaktə edirlər. Bizim bu an üçün ən çox ehtiyacımız olan məsələ xarici media ilə yaxşı əlaqəsi olan dostlardır. Qərargahımız "Dəmirchi Tower"in 5-cu mərtəbəsində yerləşir” - deyə sözlərinə əlavə edib.
F.Əliyev atəşkəs elan olunsa da, informasiya müharibəsinin davam etdiyini vurğuladı: “Atəşkəs elan olunsa da, biz doğru informasiyanı yaymaqda davam edəcəyik. Bu müharibədə hər kəs yararlı ola bilər. Əvəzolunmaz dəyərimiz Azərbaycan üçün...”
-
İKT18:19ABŞ şirkətinin bu qərarı bütün smartfonları bahalaşdıracaq
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Magazin218:00Dünya ona, o isə rejissora heyrandır
-
Region16:21Ermənistanda doğum sayı azaldı
-
ABŞ15:46Tramp: "Mən gedəndən sonra hamınız müflis olacaqsınız..."
-
İdman15:07295 milyonluq yeyintiyə görə saxlanıldı
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO






















.jpg)













