Sağlamlıq
Dünyanı qorxuya salan dəhşətli xəstəlik barədə SON XƏBƏR
Ümumdünya Səhiyyə Təşkilatı Qvineyada ebolanın epidemiya halı almadığını bildirir. Təşkilatın məqsədi virusun yayılması ilə bağlı panikanı azaltmaqdır.
Publika.Az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, ÜST
sözçüsü Qreqori Hartl Sərhədsiz Həkimlər təşkilatının virusun
yayılması halını presidentsiz adlandırmasını rədd edib.
O, bundan əvvəl Uqanda və Demokratik Konqo respublikasında
yoluxma hallarının daha yüksək olduğunu bildirib. Sözçü bildirib
ki, 2000-2001-ci illərdə Uqandada virusa yoluxan 400 adam qeydə
alınmışdı. Təşkilat bu ölkədə qeydə alının 122 xəstədən 80-nin
öldüyünü deyir.
Qvineyanın paytaxtı Konakridə 4 xəstə olduğunu bildrən Hartl böyük
şəhərlərdə bu göstəricinin qeyri-adi olmadığını deyib.ÜST
xəstəliyin qonşu ölkələrə yayılmadığını bildirib. Sierra Leonedə
xəstə olduqlarından şübhələnilən insanların tətlilləri təmiz
çıxıb.
Seneqal Qvineya ilə sərhədlərini bağlayıb. Lakin buna baxmayaraq,
ÜST səyahətlərin məhdudlaşdırılmasını tövsiyə etmir.
ÜST ebola xəstəliyini ən keçici virus xəstəliyi adlandırır. Virus
tər, qan, tüpürcək yolu ilə yayılır.Virusun qarşısını almaq üçün
heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş
ağrısı, qusma və izhaldır. Bəzi insanlarda göz, qulaq və burun
qanaxmaları müşahidə edilir.
Son dəfə bu virusun yayılması 2012-ci ildə qeydə alınıb. Uqanda və
Konqoda 57 adam ölüb. 2007-ci ildə Konqoda virus 187 adamın
həyatına son qoyub.
Aydəmir
-
Magazin101:41Elşad Qarayevi belə pərt etdi - Video
-
Qoroskop00:00Günün ulduz falı - Gizli qalan məsələlər üzə çıxa bilər
-
Magazin210 Fevral 23:48Məşhur teleaparıcıya təcavüz edilib? - “İllər boyu özümü günahlandırdım”
-
Nida Xəbər 10 Fevral 22:24Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
-
Magazin110 Fevral 21:30"Gecə saat 2-də ərimə mesaj yazan müğənni..."
-
İdman10 Fevral 21:24Zubir “Qarabağ”ın “Sabah”la rəqabətindən danışdı - “Problem deyil”
-
Əmlak10 Fevral 20:38Bakıdakı köhnə binalarla bağlı qərar verildi - 5 böyük rayon...
-
Rəsmi xronika10 Fevral 20:14Xartiya hərbi-texniki sahədə nələr vəd edir?
























.jpg)












