Qırmızı.az
Ermənilər Tərtərə hücuma keçib: 4 şəhid xəbəri gəldi - YENİLƏNİB
Ermənistan silahlı qüvvələrinin işğal altında olan Qarabağ torpaqlarında təxribatlar törətməkdə davam edirlər.
Dünən gecə ermənilər növbəti dəfə Azərbaycan Ordusunun Tərtər istiqamətində atəşkəsi pozublar.
Düşmən cəbhə xəttini keçərək, Azərbaycan Ordusunun nəzarətində olan postlarımızı ələ keçirməyə cəhd edib. Düşmənin qarşısı alınsa da, əks hücum itkisiz olmayıb.
Şəhid hərbçilərimizin adları məlum olub:
Fərid Əliyev- 19 yaş
Cahangiz Muradov 19 yaş (manqa komandiri)
Ramazan Abdullayev 23 yaş (leytenant)
Qurban Həsənov 24 yaş (leytenant).
/Jam.az/
YENİLƏNİB
Müdafiə Nazirliyindən kütləvi informasiya vasitələrində ötən gecə erməni hərbi birləşələrinin atəşkəsi pozması nəticəsində bir neçə Azərbaycan əsgərinin qətlə yetildiyi barəsində yayılan məlumatlara cavab gəlib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, yayılan məlumatlar yalandır:
“Bu məlumatlar yalandır. Təxribatdır. Belə bir şey yoxdur”.
Erməni silahlı bölmələri Tərtər rayonu istiqamətində atəşkəsi pozublar. Ötən gün gecə saatlarında Tərtər rayonu müxtəlif istiqamətlərdən atəşə tutulub. Atəşkəsin şiddətli xarekter daşımadığı bildirilir. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Müxbirimizin verdiyi məlumata görə, atəşkəsin pozulması nəticəsində hərbçilərimiz arasında ölən və xəsarət alan olmayıb. Hazırda bölgədə sakitlik hökm sürür. /Anspress/
-
Nida Xəbər 13:20Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı oldu
-
Maraq dünyası12:50Ərəblər dünyanın ən hündür otelini açdılar - FOTOLAR
-
Avropa12:25Finlandiya prezidentindən Ukrayna ilə bağlı bədbin proqnoz
-
Nida Xəbər 11:37İlham Əliyev: Mirziyoyev Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfə verib
-
İKT11:00BDT rəhbəri: Azərbaycanda qonağa tanrının əmanəti kimi baxırlar!
-
MDB10:02Rusiya sovet dövrünə qayıdır: Dron hücumlarını xalqa radio ilə elan edəcəklər
-
İdman09:40Erməni əsilli döyüşçünü təhqirə görə yenə döydülər - VİDEO
-
Elm və təhsil09:00Məktəblərdə payız tətili başladı





























.jpg)



