Məşhur modelyer: “Pul dünyanın ən böyük fetişidir” - FOTO
Hər zaman reklam kampaniyaları ilə gündəm yaratmağı bacaran məşhur moda evi “Balenciaga”nın yeni kolleksiyası NYSE - Nyu-York Fond Birjasının binasında təqdim olunub. Bu, təkcə Amerikanın ən böyük birjası deyil, həm də Uoll-stritdə əlamətdar yer və ümumiyyətlə, maliyyə sənayesinin müəyyən simvoludur.
Publika.az xəbər verir ki, brendin kreativ direktoru Demna Qvasalia qeyri-adi yer seçimini “Yaxşıdırmı, ya yox, bilmirəm, amma Amerika pul hərisidir, pul dünyanın ən böyük fetişidir” deyərək izah edib. Məşhur modellərin iştirak etdiyi gecədə dəvətnamələr yüz dollarlıq əsginas bağlamaları şəklində hazırlanıb.
Demnanın qeyd etdiyi fetiş mövzusu modellərin görkəmində də özünü göstərib. Belə ki, onlar podiuma qara lateks maskada çıxıb. Bu da dizaynerin fikrincə, bugünkü modanın şəxsiyyət özəlliyinin itməsinə səbəb olur.
“Hər kəs trendlərlə ayaqlaşmağa çalışır və sonunda eyni görünür”, - dizayner bildirib.
Yeni kolleksiya əsasən qara rəngdədir. Onun birinci hissəsinə: “Garde-Robe” adlı yeni demi-kutyur xətti: kostyumlar, ipək paltolar, həcmli yaylı koftalar, dəri plaşlar daxildir. Dizayner deyir ki, bu, brendin adətən təklif etdiyindən çox fərqli, zərif və klassik bir kolleksiyasıdır.
Şounun ikinci hissəsində “Balenciaga” və “Adidas”ın birgə işləri təqdim olunub. Bura sviterlər, idman kostyumları, böyük ölçülü köynəklər, idman ayaqqabıları, şortlar, bel çantaları - 90-cı illərin ruhunda olan hər şey daxil edilib. Bu əməkdaşlıq haqqında şayiələr çoxdandır gəzir, ancaq dünənki şouda rəsmi olaraq təsdiqlənib.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur














.jpg)





















.jpg)
.jpg)

