Monako “Formula 1”in tarixidir - Lekler
“Ferrari” komandasının pilotu Şarl Lekler bildirib ki, Monakosuz “Formula 1” onun üçün “Formula 1” deyil.
Publika.az xəbər verir ki, son dövrlərdə Monako Qran Prisinin təqvimdən çıxarılacağı deyilir.
Bunun səbəbi Monakonun daha az pul verərək təqvimdə qalmasıdır. Liberty Media isə böyük məbləğlər ödəmək istəyən ölkələri təqvimə qatmaq istəyir. Buna görə də Monte Karlonun yeri risk altındadır.
Bundan başqa, Monako trekdə istədiyi brendi reklam edə bilir. Onlardan biri “Tag Heuer” saat brendidir. Bu da “Formula 1”in rəsmi saat sponsoru “Rolex”in ən böyük rəqibidir.
Kommersiya problemlərindən başqa, əksəriyyət trasın quruluşunu da sevmir. Burada ötmə etmək demək olar ki, mümkün deyil. Hətta trasın quruluşunu dəyişdirməyi təklif edənlər var.
Şarl Lekler deyib ki, Monako təqvimdən çıxsa, iki tərəf üçün də pis olar: “2020-ci ildəki pandemiya problemini çıxsaq, “Formula1”i Monakosuz görməmişəm. Monakosuz “Formula 1” mənim üçün “Formula 1” deyil. Silverstoun, Monako və Montsa kimi tarixi traslar təqvimdə qalmalıdır.
Bəzən ötmələri artırmağın mümkün olduğunu düşünürəm. Lakin bu necə olacaq? Bəlkə də tuneldən sonra sola getmək olar və orada böyük düzlük yarada bilərik. Ancaq bu, necə olacaq? Bunu edə biləcəklərinə əmin deyiləm. Düzdür, ötmə mümkün deyil, amma biz sürücülər həmişə sıralanma turunda limitlərdə sürmək istəyirik. Monakoda yaşadığımız adrenalini başqa traslarda hiss etmirik. Bura “Formula 1”in tarixidir. Buna görə də təqvimdə qalmalıdır”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi



















.jpg)

















.jpg)
.jpg)
