Daha güclü qayıdacağıq - Lekler
“Ferrari” komandasının pilotu Şarl Lekler bildirib ki, Monakoda komanda olaraq çox səhv ediblər.
Publika.az xəbər verir ki, monakolu pilot vətənindəki yarışa pouldan başlasa da, yenə də qələbə qazana bilməyib. Əvvəlki illərdən fərqli olaraq finişə çatan gənc sürücü 4-cü yeri tutub.
Şarl Lekler deyib ki, bəzən səhvlər olur, amma bu yarışda daha çox səhv buraxıblar: “Belə hallarda biz komandaya güvənirik, çünki maşının içində rəqiblərin quru və ya yaş təkərlə nə etdiklərini bilmirik. Məndən soruşdular ki, yağış təkərindən keçid təkərinə keçək? Mən də “hə, amma indi yox, bir az sonra” dedim. Daha sonra bilmirəm niyə fikirləri dəyişdi.
Məni tez pitə çağırdılar və Karlosun gerisinə düşdüm. Çox səhv oldu. Güclüyük və fürsətlərdən istifadə etməliyik. Birinci yerdən ikinciliyə yox, dördüncülüyə gerilədik. Komandamı sevirəm və daha güclü qayıdacağıq”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi



















.jpg)

















.jpg)
.jpg)
