Dodaq boyası haqqında 6 fakt
Bütün qadınların makiyaj çantasında ən az bir dodaq boyası olur. Bu kiçik dekorativ kosmetika xırda bir toxunuşla möcüzə yarada bilir. Sehri ondan ibarətdir ki, qadınlara özünü daha inamlı və gözəl hiss etdirir. Xüsusilə qırmızı dodaq boyası çəkən qadının davranış və ədası dərhal dəyişir. Makiyaj trendləri yox olur, amma pomada qalır. Bir çox cəhətdən əksər ulduzlar populyarlıqlarını ona borcludurlar. Merilin Monronu, Dita Von Tizi və ya Qven Stefanini qırmızı dodaqsız təsəvvür etmək olar? Əlbəttə ki, yox.
Publika.az oxucuları dodaq boyası barədə maraqlı faktlarla tanış edir.
Qədim Yunanıstanda dodaqlar yalnız “ilk qədim peşənin” nümayəndələri tərəfindən rənglənirdi. Ləyaqətli qadınlara özlərini belə bəzəmək qadağan idi.
src="/storage/files/upload/379x600_1_d501c1b118622b8b8b68acbc0f9957eb@631x1000_0xac120003_20847041781654258765.jpeg" alt="8 малоизвестных фактов о губной помаде" class="fr-fic fr-dii">
ABŞ-ın ilk prezidenti Corc Vaşinqton ictimai çıxış zamanı daha gözəl görünmək üçün dodaqlarını dodaq boyası ilə boyayıb.
Kraliça II Yelizaveta 1952-ci ildə tacqoyma mərasiminə hazırlaşarkən, paltarına mükəmməl uyğunlaşmaq üçün xüsusi pomada çalarları sifariş etmişdi. Nəticədə ortaya çıxan soyuq qırmızı rəng Şotlandiyadakı qalasına uyğun gəldiyi üçün “Balmoral” adlandırıldı.
src="/storage/files/upload/400x600_1_383c23f3c5310ff72f6bd9ae9be12a93@666x1000_0xac120003_21283639931654258801.jpeg" alt="8 малоизвестных фактов о губной помаде" class="fr-fic fr-dii">
İkinci Dünya müharibəsi illərində Britaniyada bütün kosmetik vasitələrin istehsalı qadağan edilmişdi. Uinston Çörçill yalnız pomada üçün bir istisna etdi - o, qadınlar tərəfindən istifadənin “əhalinin mənəviyyatını artırdığına” inanırdı.
Elizabet Teylor qırmızı dodaq boyasını o qədər sevirdi ki, çəkildiyi filmlərdə qırmızı dodaqların yalnız onda olmasını tələb edirdi.
src="/storage/files/upload/379x600_1_8e980bd92323f5965c3d27beb09aa059@631x1000_0xac120003_3270549431654258829.jpeg" alt="8 малоизвестных фактов о губной помаде" class="fr-fic fr-dii">
Pomada istehsalında əsl bum 20-ci əsrin 20-ci illərində baş verib. Bu, qara və ağ filmin meydana gəlməsi ilə əlaqədar idi. Kino ulduzları kadrda parlaq görünmək istəyirdilər.
Dodaq baxımı bazarında ən populyar məhsullar qırmızı pomada deyil, çəhrayı parıldadıcı deyil... rəngsiz balzamlardır.
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi












.jpg)


















.jpg)



.jpg)

