ABŞ
ABŞ Rusiyaya qarşı öldürücü silahı İŞƏ SALIR
Rusiya Qara dəniz sularında Ukrayna gəmilərinə hücuma görə SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) maliyyə sistemindən kənarlaşdırıla bilər.
Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker “Amerikanın Səsi” radiosuna bildirib.
“Yekunda belə bir variant tətbiqi imkanını saxlamalıyıq, çünki biz Rusiya qonşular barəsində yeni təcavüzkar addımlara təşəbbüs etməsinə sakit baxa bilmərik”, – Volker vurğulayıb.
Bundan başqa, ABŞ-ın Avropa müttəfiqləri Krım və ya Azov dənizindən çıxan Rusiya gəmilərinə Avropa limanlarına girməyi qadağan edə bilər. Volkerin sözlərinə görə, belə təkliflə yaxın vaxtlarda Almaniyanın hakim Xristian-Demokrat İttifaqının birinci katibi Anneqret Kramp-Karrenbauer (Almaniya kansleri Angela Merkelin varisi ola bilər –red.) çıxış edib.
Qeyd edək ki, dünyanın 200-dən çox ölkəsinin 10,5 mindən çox bankı Belçikanın La-Yulp şəhərində yerləşən SWIFT-in xidmətlərindən xarici banklara pul göndərmək üçün istifadə edir. Bu banklararası sistemin köməyi ilə il ərzində təxminən 4 milyard əməliyyat həyata keçirilir. Hansısa bir ölkənin sistemə girişini bağlamaqla, onun iqtisadiyyatını çökdürmək olar.
ABŞ hökuməti 2001-ci il 11 sentyabr terror aktlarından cəmi bir neçə gün sonra lazımi məlumatların verilməsi xahişi ilə SWIFT-in o vaxtkı rəhbəri Lenni Şranka rəsmi sorğu göndərmiş və istədiyini almışdı. İran banklarının SWIFT-ə girişdən məhrum edilməsi isə ABŞ-ın ən böyük müvəffəqiyyəti olub. Nəticədə, bu ölkə ilə beynəlxalq ticarət praktik olaraq sıfra qədər düşüb.
Ömər
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)

.jpg)