ABŞ
Ağ Ev “Rusiya işi” üzrə materialları gizlədə bilər
Ağ Ev “Rusiya işi” üzrə materialların Konqres və geniş ictimaiyyətə ötürülməsini qismən bloklaya bilər.
Publika.az xəbər verir ki, bu haqda müzakirələrin gedişatı ilə tanış mənbələrə istinadən “Blomberg” agentliyi bildirib.
Yüksək vəzifəli Amerika məmurlarından birinin sözlərinə görə, xüsusi prokuror Robert Müller artıq fevralda “Rusiya işi” üzrə araşdırmanın nəticələrini təqdim edə bilər. Qanuna görə, o, məlumatları yalnız nazirliklərin rəhbərlərinə verməyə məcburdur. Ancaq, Nümayəndələr Palatası üzərində nəzarəti saxlayan demokratlar araşdırmanın nəticələrini tələb etməyi planlaşdırırlar.
Agentlik qeyd edir ki, materialların Konqresə ötürülməsi haqqında məsələ üzrə qərarı həmin vaxtda ABŞ-ın baş prokuroru vəzifəsini tutacaq şəxs verəcək. Bunlar Baş prokuror vəzifəsini icra edən Metyu Uitake və prezident Donald Trampın baş prokuror postuna namizədliyini rəsmən irəli sürdüyü Uilyam Barr ola bilər. Onların ikisi də "Rusiya işi" üzrə araşdırmanı tənqid edirdilər.
Qeyd edək ki, Rusiyanın Amerika seçkilərinə müdaxiləsi və Trampın Rusiya ilə güman edilən əlaqələri xüsusi prokuror Robert Müller, həmçinin ABŞ Konqresinin hər iki palatası tərəfindən araşdırılır.
Ömər
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)






















.jpg)
.jpg)

