ABŞ
İranın bəyanatları nüvə şantajıdır - Ağ Evdən AÇIQLAMA
Uranın zənginləşdirilməsinin səviyyəsi haqqında İranın bəyanatları nüvə şantajıdır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Qarret Marki bildirib.
“Prezident Donald Tramp aydın bildirdi ki, o heç vaxt İrana nüvə silahını hazırlamağa icazə verməyəcək. Rejimin nüvə şantajına artırılmış beynəlxalq təzyiqlə cavab vermək lazımdır”, - Marki deyib.
Daha əvvəl İran Atom Enerjisi Təşkilatının (AEOİ) sözçüsü Bəhruz Kamalvəndi bildirib ki, İran nüvə sazişiylə nəzərdə tutulmuş uranın zənginləşdirilməsinin səviyyəsi olan 3,67 faizi 1-2 gün ərzində keçməyə qadirdir. Onun sözlərinə görə, iyunun sonunda İran hökuməti az təmizlənmiş uran ehtiyatının nüvə sazişində nəzərdə tutulan 300 kiloqram həddini aşacaq.
Bəhruz Kamalvəndi söyləyib ki, rəsmi Tehran müəyyən edilmiş həddən 20 faiz artıq təmizlənmiş urana ehtiyac duyur.
Qeyd edək ki, İranın nüvə proqramına dair 2015-ci ildə imzalanmış Hərtərəfli Əhatəli Fəaliyyət Planına görə rəsmi Tehran təmizlənmiş uranın 300 kiloqram həddindən artıq həcmini xarici ölkələrə satmalıdır.
Ötən il ABŞ hökuməti İranı həmin sənədin şərtlərini pozmaqla nüvə silahlarına dair çalışmalara davam etməkdə qınayaraq razılaşmanı tərk etdiklərini açıqlamışdı. Bundan bir qədər sonra İran tərəfi də sözügedən sənədin bəzi müddəaları çərçivəsində öhdəliklərinin icrasını dayandırdıqlarını açıqlamışdı.
Daha əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, İran nüvə sazişindən çıxış imkanına baxır. Onun sözlərinə görə, ölkə hakimiyyəti sonrakı hərəkətlərin variantlarını öyrənir və sazişdən çıxış bu variantlardan biridir.
Ömər Dağlı
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)






















.jpg)
.jpg)

