ABŞ
Snouden ABŞ-a qayıtmaq üçün şərtini açıqladı
Rusiyada sığınacaq almış ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) keçmiş əməkdaşı Edvard Snouden yalnız işinə obyektiv baxılacağına inamı yaranacağı təqdirdə, ABŞ-a qayıda bilər.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Snouden cümə axşamı ABŞ Milli İctimai Radiosunun jurnalistlərinə bildirib.
Amerika hakimiyyəti tərəfindən casusluq haqqında qanunların pozulmasında ittiham edilən Snouden qeyd edib ki, ABŞ-da münsiflər məhkəməsi onun jurnalsitlərə verdiyi məxfi məlumatlarla tanış olmalıdır.
"Münsiflər heyəti, bu məlumatları ictimaiyyətə açıqlamağın düzgün addım olub olmadığını qiymətləndirə bilmədiyi təqdirdə, məlumatların açıqlanması ilə bağlı ədalətli proses ola bilməz", - deyə o bildirib.
Snouden vurğulayıb ki, ABŞ-a qayıdanda ona hökm çıxararlarsa, bu, hakimiyyət tərəfindən buraxılmış pozuntular haqqında məlumatları elan etmək istəyən başqa şəxslərə səhv siqnal verəcək.
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...


































.jpg)
.jpg)

