ABŞ
ABŞ-dan Türkiyəyə qarşı MÜHARİBƏ AÇIQLAMASI: Rusiya ilə razılaşandan sonra...
“Türkiyə bir NATO müttəfiqidir və NATO müttəfiqi ilə müharibəyə girməyəcəyik”.
Publika.az xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper deyib.
Səudiyyə Ərəbistanında Amerikanın CNN kanalına Suriyanın şimalındakı hadisələrlə bağlı müsahibə verən nazir bildirib ki, ölkəsinin YPG/PKK ilə əməkdaşlıq etməsinin basilica səbəbi İŞİD terror təşkilatı ilə mübarizədir və bu əməkdaşlıq Barak Obamanın prezident olduğu dövrdə qurulub.
“Uzun müddətdir NATO müttəfiqi olan bir ölkəyə qarşı kürdləri (YPG/PKK) müdafiə etmək, ya da muxtar bir kürd dövləti qura bilsinlər deyə onlara yardım etmək üçün bizə vəzifə verilmədi. Türkiyənin YPG-yə qarşı olduğunu və Ankaranın “Sülh çeşməsi” hərəkatını başlatmasından dolayı mövcud durumun ortaya çıxacağından, Rusiya ilə Bəşər Əsəd rejiminin də buna daxil olduğunu bilirdik. Amerika əsgərlərinin içində olmasını istədiyimiz bir durum deyildi bu. “Sülh çeşməsi”nin həyata keçiriləcəyindən xəbərdar idik. Ərdoğanla Trampın 6 oktyabr danışığından bir neçə gün əvvəl türkiyəli həmkarım hərəkata başlayacaqlarını demişdi”,- Esper bildirib.
ABŞ Müdafiə naziri əlavə olaraq, Suriyanın şimalından çəkilən əsgərlərinin İraqa getdikdən sonra ölkələrinə qayıdacaqlarını deyib.
Qeyd edək ki, ötən gün Türkiyə ilə Rusiya arasında Suriya məsələsinə dair Soçi memorandumu imzalanıb.
Zümrüd
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)





















.jpg)
.jpg)

