ABŞ Moskvaya hidrogen bombası "atdı" - 5 ölkəni yox edəcək SİLAH
Bizi izləyin

ABŞ

ABŞ Moskvaya hidrogen bombası "atdı" - 5 ölkəni yox edəcək SİLAH

ABŞ-da fəaliyyət göstərən "We Are The Mighty" saytı Rusiya ilə bağlı qalmaqal yaradacaq məqalə dərc edib.

Publika.az xəbər verir ki, məqalədə 10 min metaqon gücündə hidrogen bombasının paytaxt Moskvaya atılacağı təqdirində, nələr olacağına dair proqnozlar yer alıb.

Loqan Nye imzalı məqaləyə görə, ötən əsrin elm adamı Eduard Teller bu növ bir bomba üzərində işləyib. ABŞ isə milyonlarla dinc insanın ölümünə yol açacağından bu növ silahları təkmilləşdirməyi dayandırıb. Çünki belə bir bomba SSRİ-nin mərkəzinə belə atılsaydı, Avropamın böyük bir qismi və ehtimal ki, ABŞ torpaqları da zəhərlənə bilərdi.

Britaniya boyda ölkəni yox edə bilər

Məqalədə tək bir hidrogen bombasının Britaniya, Fransa, Almaniya, Şimali və Cənubi Koreya ölçüsündə ölkələri yox edə biləcəyi vurğulanıb: “Teorik baxımdan belə bir silahın olması mümkündür. Amma bu silahı təkmilləşdirmək üçün beyinə və axmaqlığa sahib komandanı, ümid edirik ki, kimsə qurmaz. Hər halda, dünyanı bir neçə dəfə yox etməyə bəs edəcək qədər nüvə arsenalımız var. Belə bir dağıntıya yol açacaq başqa silaha ehtiyac qalırmı?”

“NukeMap” simulyatoru üzərində hazırlanan modelləşdirməyə görə, 100 meqaton gücündə bir nüvə bombası E.Tellerin düşündüyündən daha az effektivdir. Moskvaya atıla biləcək bu növ bomba nüvə qırıntılarının 1,5 min km məasfədə yerləşən Komi Respublikasının şimalına qədər düşməsinə yol aça bilər. ABŞ-ın bundan pay olması çox da mümkün deyil. Lakin 10 min meqaton gücündə bir bomba təsiri 100 qat artıra bilər.

Hidrogen bombası nədir?

Bu bomba nəzarətsiz termo-nüvə enerjisi təmin edə bilən dağıdıcı silahdır. Hidrogen bombasının yüksək ölçülərdə partlama gücü hidrogen atomlarının birləşərək helium atom quruluşuna çevrildiyi termo-nüvə reaksiyasından doğur. Başqa sözlə, hidrogen bombasının partlaması bir nüvə qaynaşması və ya birləşməsidir.

Hidrogen bombası radioaktivdirmi?

Termo-nüvə məhsullarının heç biri radioaktiv deyil. Sadəcə tritium zəif rradioaktivliyə malikdir.

Hidrogen bombasının tarixçəsi

ABŞ 1952-ci ildə atom bombasından daha güclü və dağıdıcı silah olan hidrogen bombasını yaradıb. İlk bomba 1954-cü ildə Sakit okeandakı Marşall adalarına qatılaraq ABŞ tərəfindən sınanıb. Atılan bomba Xirosima və Naqasakiyə atılan bombalardan min qat güclüdür.

SSRİ isə 30 oktyabr 1961-ci ildə Novaya Zemlyada “Çar bombası” ləqəbli 57 meqatonluq hidrogen bombasını sınaqdan keçirib. Bu, Xirosimaya atılan bombadan 3,8 min qat daha güclüdür.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm