ABŞ
ABŞ-dakı etiraz aksiyalarında Çinin əli var? - ŞOK AÇIQLAMALAR
ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq baş qaldıran aksiyalar Çində xüsusi reaksiya ilə qarşılanıb.
Publika.az xəbər verir ki, Çinin vəzifəli şəxsləri Honkonqdakı etiraz aksiyalarını dəstəkləyən ABŞ-ı ikili standart tətbiq etməkdə günahlandırıb.
Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Hua Çunying tvitterdəki paylaşımında ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Honkonq aksiyalarına verdiyi dəstəyi xatırladan yazısını qeyd edib və ABŞ aksiyalarında səsləndirilən “nəfəs ala bilmirəm” şüarını vurğulayıb.
Pelosi paylaşımında Honkonq aksiyalarının tarixə keçəcəyini bildirmişdi.
Digər bir mətbuat katibi Cao Licien də Rusiyanın BMT-dəki daimi nümayəndəsi Dmitri Polianskinin “ABŞ niyə öz evindəki qələbəliyi qəddarlıqla dağıdarkən Çinin Honkonqdakı sülh və nizamı təmin etmək haqqını rədd edir?” sözlərini paylaşıb.
Çin Kommunist Partiyasına yaxınlığı ilə tanınan “Global Times”ın baş redaktoru Hu Şicin də Pelosinin ifadələrini xatırladıb və “amerikalı vəzifəli şəxslər bu mənzərəni indi də öz pəncərələrindən izləyə bilərlər” deyib.
Çindən gələn bu aksiyalar dəstək reaksiyalarının iki ölkə arasındakı fikir ayrılıqlarını daha da alovlandıracağı və etirazların şiddətlənməsində Çinin əli ola biləcəyi iddialarına səbəb olub.
Zümrüd
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı














.jpg)



















.jpg)

.jpg)