ABŞ
Birinci xanım koronavirusdan sağalmaq üçün BUNU ETDİ
ABŞ-ın birinci xanımı Melaniya Tramp koronavirus diaqnozu qoyulduqdan sonra son iki həftəni necə keçirdiyi barədə açıqlama verib. Birinci xanımın müraciəti Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları Prezidentinin həyat yoldaşı müraciətdə artıq tam sağaldığını deyib.
Oğulu Barronun koronavirusa yoluxduğunu deyən birinci xanım hazırda üçünün də COVID-19 testinin mənfi olduğunu diqqətə çatdırıb.
“Testin nəticəsi mənfi olduğu üçün məmnunam, ən qısa müddətdə vəzifələrimin icrasına qayıdacağımı ümid edirəm. Çox şanslı idim, simptomlar minimal olduqda diaqnoz qoyuldu, lakin sonrakı günlərdə xəstəlik birdən-birə baş qaldırdı. Bədən ağrısı və öskürək oldu, baş ağrısı keçsə də, özümü çox yorğun hiss edirdim”, - Melaniya Trampın Ağ Evin mətbuat xidməti tərəfindən 14 oktyabrda yayımlanan açıqlamasında deyilir.
COVID-19 və hər hansı digər xəstəliklərlə mübarizə aparan hər kəs və bütün ölkəsi üçün dua etdiyini söyləyən Melaniya eyni zamanda həmvətənlərini mümkün qədər sağlam həyat tərzi yaşamağa, şəfqət və itaətə əməl etməyə səsləyib.
O, necə müalicə olunduğundan da söz açıb. Amerikalı liderin həyat yoldaşının dediyinə görə, müalicənin ən təbii yolunu seçib, demək olar ki, heç bir dərman qəbul etməyib, vitaminlər və sağlam qidaya üstünlük verib.
Aytən Məftun
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi

































.jpg)


