ABŞ
ABŞ-ın daha bir ştatında "Britaniya virusu"na yoluxma aşkarlandı
Amerikalı mütəxəssislər Kaliforniya ştatında əvvəllər İngiltərədə aşkar edilmiş yeni koronavirus ştammına ilk yoluxma halını qeyd aldılar.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə ştat qubernatoru Gevin Nyusom ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi ilə söhbətində bildirib.
"Dünən Koloradoda qeydə alınan yeni növ koronavirus bu gün Kaliforniyada aşkar edildi" - Nyusom deyib. Qubernator hadisənin ştatın cənub hissəsində baş verdiyini vurğuladı, lakin nə qədər insanın yoluxduğunu açıqlamadı.
ABŞ-ın baş infeksion mütəxəssisi Fauçi bu ştammın digər Amerika ştatlarında qeydə alınma ehtimalının olduğunu bildirdi.
Dekabr ayının 14-də Böyük Britaniya səhiyyə naziri Met Henkok ingilis alimlərinin bilinən ştammlardan daha sürətli yayılan yeni, mutasiyaya uğramış koronavirus növü aşkar etdiklərini deyib. Baş nazir Boris Conson yeni koronavirus mutasiyasının digər virus növlərindən 70 faiz daha çox yoluxucu olduğunu bildirib.
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…



































.jpg)
.jpg)

