ABŞ
ABŞ-ın Vitse-prezidentinin avtomobili QƏZAYA UĞRADI
ABŞ-ın vitse-prezidenti Kamala Harrisin korteji Vaşinqtonun mərkəzində qəzaya uğrayıb.
Bu barədə Publika.az "The Washington Post"-a istinadla xəbər verir .
Bildirilib ki, sürücü idarəetməni itirib və siyasətçinin olduğu avtomobil bordürə çırpılıb.
Məxfi Xidmətin nümayəndələri qəzanın niyə baş verdiyini dərhal izah edə bilməyiblər ki, bu da idarə əməkdaşlarının səriştəsi və səhvlərini gizlətmək cəhdləri ilə bağlı suallara səbəb olub.
Rəsmi olaraq, qəzanın səbəbi Harrisin avtomobilinin "texniki nasazlığı" adlandırılıb.
ABŞ-ın Vitse-prezidentinin özü qəzada xəsarət almayıb və əvəzedici avtomobilin köməyi ilə Ağ Evə aparılıb.
Harris daha sonra Məxfi Xidmətə işlərinə görə minnətdar olduğunu söyləyib.
Hüseyn İbadlı
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır




































