ABŞ
ABŞ-ın zirehli texnikası bu ölkədə PEYDA OLDU
ABŞ və Kanadanın hərbi təyyarələri Haitinin paytaxtı Port-o-Prensə zirehli texnika çatdırıb.
Publika.az xəbər verir ki, Bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş iki ölkə hökumətlərinin birgə bəyanatında deyilir.
Orada bildirilir ki, nəqliyyat silahlı dəstələrə qarşı mübarizədə yardım çərçivəsində respublikanın milli polisinə ayrılıb. Mətndə həmçinin deyilir ki, ABŞ və Kanada hökumətləri Haiti ilə birlikdə yerli polis əməkdaşlarını öyrətmək və ümumilikdə hüquq-mühafizə orqanlarının işini təkmilləşdirmək üçün işləyirlər.
Bundan əvvəl Haitinin baş naziri Ariel Henri beynəlxalq ictimaiyyəti silahlı dəstələrə qarşı mübarizədə kömək etməyə, ilk növbədə cinayətkarların bağladığı yolların azad edilməsinə yardım etməyə çağırıb. Bundan sonra BMT-nin baş katibi Antonio Quterreş Haitiyə yardım üçün çevik reaksiya qüvvələrinin yaradılmasını təklif edib. Hələlik BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı heç bir qərar qəbul etməyib.
Hüseyn İbadlı
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































