ABŞ
ABŞ Konqresində Pelosi DÖVRÜ BİTDİ
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib ki, o, yerlərin əksəriyyətinin Respublikaçılar Partiyasının üzvlərinə məxsus olacağı tərkibin yeni variantında Demokratların lideri olmaqdan imtina edir.
Publika.az xəbər verir ki, o, bu bəyanatı noyabrın 17-də Konqresdəki iclasda verib.
"Fraksiyamıza böyük inamla mən yeni Konqresdə yenidən Demokratların lideri seçilməyəcəyəm. Mənim üçün yeni nəslin dərin hörmət etdiyim demokratik fraksiyaya rəhbərlik etməsinə şərait yaratmağın vaxtı çatıb", - Pelosi bildirib.
O, siyasətdən getmir və seçicilərinin maraqları naminə işləməyə davam etmək niyyətindədir.
"Hansı titula sahib olmağımdan asılı olmayaraq, mənim üçün San-Fransisko xalqını təmsil etməkdən böyük şərəf yoxdur. Heç vaxt düşünməzdim ki, evdar qadından Nümayəndələr Palatasının spikeri olacağam", - Pelosi deyib.
Xatırladaq ki, seçkilərin nəticələrinə görə, Respublikaçılar Demokratların 208 yerə qarşı 218 yer alaraq ABŞ Konqresinin Nümayəndələr Palatasına nəzarəti ələ keçiriblər.
Hüseyn İbadlı
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı














.jpg)



















.jpg)

.jpg)