ABŞ
Bayden oğlunun ölümündən danışdı: "Bo zəng edib dedi ki..."
ABŞ prezidenti Co Bayden hərbçilərlə danışıb və böyük oğlu Bo-nun "yanğın çuxurları"ndan ölümü haqda danışıb.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" yazır.
Dövlət başçısı Delaver ştatında "yanğın çuxurları"ndan zərər çəkmiş müharibə veteranlarına güzəştlər nəzərdə tutan qanunun imzalandığını elan edib.
Sözügedən çuxurlar İraq və Əfqanıstandakı əməliyyatlar zamanı ABŞ hərbi bazalarının tullantılarını yandırmaq üçün istifadə edilib.
"Mən ABŞ Konqresinə açıq şəkildə bildirdim ki, əgər onlar bu lənətə gəlmiş qanun layihəsini qəbul etməsələr, mən müqəddəs müharibəyə başlayacağam", - deyə prezident emosional şəkildə hədələyib.
Bayden xatırladıb ki, yüzlərlə amerikalı əsgər döyüş bölgələrindən baş ağrısı, başgicəllənmə və xərçənglə qayıdıb.
"Yadımdadır, Bo zəng edib qaçarkən huşunu itirdiyini demişdi. Bu, hamımız üçün fərdidir", - Bayden səsis zəifləyərək söyləyib.
Bo Bayden 2008-2009-cu illərdə İraqda xidmət edib və 2015-ci ildə beyin xərçəngindən dünyasını dəyişib. Amerika prezidentinin sözlərinə görə, məhz İraqda onun oğlunda ölümcül xəstəlik yaranmağa başlayıb.
Böyük oğlu ilə yanaşı, Bayden ilk həyat yoldaşı Co Neilia və qızı Naomini də avtomobil qəzasında itirib.
Hüseyn İbadlı
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































