ABŞ
Miqrantları Baydenin köməkçisinin evinə göndərdilər – ABŞ-da şok hadisə
ABŞ-da miqrantlarla bağlı müzakirələr fonunda diqqətçəkən hadisə baş verib.
Publika.az xəbər verir ki, ölkədə dondurucu soyuqların yaşandığı bu günlərdə bir neçə avtobusa doldurulmuş miqrantları prezident Baydenin köməkçisi Kamala Harrisin Vaşinqtondakı evinin önünə gətiriblər.
CNN-nin məlumatına görə, avtobuslarla gətirilən miqrantlar K.Harrisin evinin önündə maşınlardan düşürülüb. Mənfi 10 dərəcə soyuğun yaşandığı Vaşinqtonda isti geyimləri olmayan miqrantlar açıq havada qalıblar.
Miqrantların kim tərəfindən gətirildiyi bəlli olmasa da, demokatlar hadisəyə görə respublikaçıları ittiham edir. Ağ Evin açıqlamasında bunun respublikaçıların qalası hesab olunan Texas valisi Qreq Abbott tərəfindən edildiyi qeyd olunub.
Texas valisi daha öncə Baydenin miqrant siyasətinə etiraz olaraq miqrantları Vaşinqton və Nyu-Yorka göndərmişdi.
Asif
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ

















.jpg)


















