ABŞ
ABŞ-da siyasi böhran gözlənilir: Baydenin gizli sənədləri ilə bağlı
ABŞ prezidenti Co Baydenin keçmiş ofislərində tapılan məxfi sənədlərinin tapılması böyük siyasi böhrana çevrilir.
Publika.az xəbər verir ki, bu barədə “CNN” yazır.
Qeyd olunur ki, Respublikaçılar Partiyası artıq ABŞ-ın keçmiş prezidenti Donald Trampın oxşar iş üzrə daha sərt mühakimə olunmasının ədalətsizliyinə işarə edib. Nəşrdə deyilir: "Hər bir işə öz hüquqi mahiyyətinə görə baxılacağı halda, Trampın, bir çox seçicilər üçün Baydenin davranışını geniş şəkildə əks etdirən davranışa görə mühakimə olunma ehtimalı, istənilən təqibi siyasi cəhətdən qeyri-mümkün edə bilər".
CNN qeyd edib ki, qalmaqal, Respublikaçılar Partiyasına, sələfinin davranışını tənqid etdikdən sonra “Baydeni ikiüzlü adlandırmağa” imkan verir.
Nəşrin yazdığına görə, indi respublikaçılar demokratların federal hökuməti və xüsusi xidmət orqanlarını mühafizəkarlara qarşı qəsdən silahlandırdıqlarına əminliklərini sübut edə biləcək təhqiqata başlamaq istəyirlər.
Bundan əvvəl Baydenin köməkçiləri Ağ Evin rəhbəri ilə bağlı məxfi sənədlərin ikinci partiyasını aşkar ediblər. Məxfi sənədlər ABŞ liderinin Obama administrasiyasını tərk etdikdən sonra istifadə etdiyi Vaşinqton ofisinin qarşısındakı yerdə tapılıb.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Daimi Komitəsi hazırkı Amerika liderinin vitse-prezidentliyinə aid məxfi sənədlərin aşkarlanması ilə bağlı araşdırma aparmağa çağırıb. Konqresmen Mayk Törner hesab edir ki, tapılan sənədlər Ağ Ev rəhbərinin milli təhlükəsizliyin qorunması üçün qanunları, xüsusən də casusluq haqqında qanunu və prezidentlik sənədləri haqqında qanunu poza biləcəyini göstərə bilər.
Ayşən
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































