Baydenin oğlu Ağ Evdən xəbərsiz Ukrayna üçün kömək istəyib
Bizi izləyin

ABŞ

Baydenin oğlu Ağ Evdən xəbərsiz Ukrayna üçün kömək istəyib

Baydenin oğlu Ağ Evdən xəbərsiz Ukrayna üçün kömək istəyib

ABŞ prezidentinin oğlu Hanter Bayden 2016-cı ildə direktorlar şurasında olduğu Ukrayna qaz şirkətinə dəstək üçün İtaliyadakı Amerika səfirliyi ilə əlaqə saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə "New York Times" yazıb.

Nəşrin yazdığına görə, kiçik Bayden İtaliyada potensial gəlir gətirən enerji layihəsi üçün Amerika hökumətindən kömək istəyib. Bunu bu yaxınlarda dərc edilmiş qeydlər və müsahibələr təsdiqləyir. Co Bayden o zaman vitse-prezident olub.

Elə həmin il kiçik Bayden ABŞ-ın İtaliyadakı səfirinə Ukraynanın "Burisma" qaz şirkəti adından “ən azı bir məktub” göndərib. Səfirlik nümayəndəsi məktuba tez-tələsik cavab verib və izah edib ki, məsələ əvvəlcə ABŞ Ticarət Nazirliyi ilə müzakirə edilməlidir.

Hanter Baydenin vəkili bildirib ki, müdafiə etdiyi şəxs səfirə layihənin həyata keçiriləcəyi Toskana bölgəsinin rəhbəri ilə görüşmək məqsədi ilə məktub yazıb, lakin məsələ bundan uzağa getməyib, nə görüşlər, nə də layihə baş tutub. Ağ Ev qeyd edib ki, o zaman Co Bayden oğlunun Ukrayna şirkəti adından səfirliklə əlaqə saxladığını bilmirdi.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm