ABŞ
Tramp Zukerberqi "sındırdı": İqamətgahına gəldi, şam etdilər və...
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp daha əvvəl sui-qəsddə ittiham etdiyi və ömürlük həbslə hədələdiyi "Meta" Korporasiyasının rəhbəri Mark Zukerberqlə Mar-a-Laqo iqamətgahında şam yeməyi yeyib.
Publika.az xəbər verir ki, bunu "Fox News"a Trampın gələcək köməkçisi və Ağ Evin siyasət və milli təhlükəsizlik məsələləri üzrə aparat rəhbərinin müavini Stiven Miller deyib.
"Bəli, belədir. Mark Zukerberq Donald Trampın rəhbərlik etdiyi islahat hərəkatı sayəsində Amerikada və bütün dünyada gördüyümüz dəyişiklikləri dəstəkləmək və iştirak etmək istəyini çox açıq şəkildə ifadə edib", - Miller görüşü şərh edərkən deyib.
“The New York Times” yazıb ki, Trampla görüşün təşəbbüskarı növbəti Amerika lideri ilə “müsbət münasibət qurmağa” çalışan Zukerberq olub. Nəşrin mənbələri qeyd edib ki, onlar “sevgi dolu fikir mübadiləsi aparıblar”, o cümlədən Zukerberq Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Qeyd edilir ki, Zukerberq öz korporasiyasını “Tramp administrasiyasının potensial zərbəsindən” qorumağa çalışır.
Xatırladaq ki, "Meta" uzun müddət Vaşinqton mühafizəkarlarının hücumlarının hədəfinə çevrilib. Təşkilat demokratların xeyrinə qərəzli olmaqda günahlandırılır. “The New York Times” qəzet əlavə edib ki, Tramp “Amerikanı xilas etmək” kitabında Zukerberqi 2020-ci il seçkilərində ona qarşı sui-qəsddə ittiham edib. 2024-cü il seçkilərinə müdaxilə olunarsa, sahibkarı ömürlük həbslə hədələyiblər.
Adəm Abbaslı
-
Elm və təhsil07:55Bu gündən məktəblərdə qış tətili başladı
-
ABŞ03:44Bizim İranın yaxınlığında böyük armadamız var - Tramp
-
İdman03:18Tarixə düşdü: Ronaldo və Benzemanın rekordlarını qırdı
-
ABŞ02:00ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı artdı
-
Qoroskop01:40Günün ulduz falı: Kiminləsə barışmaq üçün əla vaxtdır
-
İdman00:55“Qarabağ” İngiltərədədir - FOTO
-
Hadisə26 Yanvar 22:08Bakıda məhkəmə sədrinin oğlu arvadını bıçaqlayıb özünü binadan ATDI - FOTO
-
İdman26 Yanvar 21:26“Liverpul”la oyunda “Qarabağ”ın şansı nə qədərdir? - Beqoviç açıqladı











.jpg)



.jpg)



















