ABŞ
Tramp yenə HÜCUMLA HƏDƏLƏDİ - “Onların vəziyyəti yaxşı deyil”
"Amerika Birləşmiş Ştatları yaxın vaxtlarda Venesueladan quru yolu ilə narkotik trafiki ilə mübarizəyə başlayacaq".
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
ABŞ liderinin sözlərinə görə, əməliyyatın başlanmasından bəri dəniz yolu ilə narkotik qaçaqmalçılığı 92% azalıb, lakin Vaşinqtona qalan 8%-in kim tərəfindən həyata keçirildiyi məlum deyil.
“Bu işdə iştirak edənlərin vəziyyəti hazırda yaxşı deyil və biz yaxın vaxtlarda bunu quru yolu ilə də etməyə başlayacağıq”, – deyə o, Ağ Evdə jurnalistlərə bildirib.
Bir neçə gün əvvəl Tramp Venesuelanın və ətrafının hava məkanını aviakompaniyalar, narkotik satıcıları və insan alverçiləri üçün bağlayacağını elan etmişdi. Bu bəyanat Amerika hərbi qruplaşmasının Karib hövzəsində gücləndirilməsi fonunda verilib.
"The Washington Post" qəzeti yazır ki, ABŞ hərbi təyyarələri Venesuelanın ətrafında daimi patrul uçuşları həyata keçirir. ABŞ KİV-ləri dəfələrlə xəbər verib ki, Amerika Birləşmiş Ştatları yaxın vaxtlarda hücum edə bilər.
Hüseyn İbadlı
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi










.jpg)



















.jpg)





