ABŞ
Trampın yeni gəlini kimdir? - FOTOLAR
Xəbər verdiyimiz kimi, ABŞ prezidentinin oğlu Donald Trump model Bettina Andersonla nişanlandığını açıqlayıb.
Publika.az məşhur modellə bağlı maraqlı detalları təqdim edir:
Bettina Anderson 1986-cı ilin dekabrında Floridada dünyaya gəlib. 38 yaşı var. O, nüfuzlu ailənin üzvüdür - atası Harri Loy Anderson ABŞ-da ən gənc bank prezidenti olub, anası isə xeyriyyə fəaliyyəti ilə tanınır.
Bettina Kolumbiya Universitetində sənət tarixi üzrə təhsil alıb. Model kimi fəaliyyət göstərərək lüks brendlərlə əməkdaşlıq edib. Sosial mediada aktivdir və moda, həyat tərzi mövzularında məzmun paylaşır.
O, ailəsi ilə birlikdə "The Paradise Fund" adlı xeyriyyə təşkilatını qurub. Təşkilat təbii fəlakətlər zamanı yardımlar göstərir və ətraf mühitin qorunmasına diqqət yetirir. İndi bu qurum "Paradise NGO" adı ilə fəaliyyət göstərir və Bettina burada icraçı direktor kimi çalışır.
Anderson və kiçik Tramp arasındakı münasibətlər 2024-cü ilin avqust ayında mediada ilk dəfə yayılıb. Cütlük rəsmi tədbirlərdə də bir yerdə iştirak edib. Bettina bundan sonra daha çox diqqət mərkəzində olub. Cütlüyün nişan xəbəri isə ABŞ və dünya mediasında geniş əks-səda doğurub.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial2 İyul 18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək










.jpg)








.jpg)
















