ABŞ
ABŞ-da nüvə fiziki öldürüldü
ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun nüvə elmləri və fizikası professoru Nuno Loureiro evində hücuma məruz qaldıqdan sonra ölüb.
Publika.az xəbər verir ki, alim 47 yaşında idi. Bruklin Polis İdarəsinin rəisi Cennifer Paster onun ölümünü təsdiqləyib.
"Nuno Loureironun ailəsinə, dostlarına və yaxınlarına dərin hüznlə başsağlığı vermək istəyirəm. Qətllə bağlı istintaq davam edir", - Bruklin Polis İdarəsinin “Facebook” səhifəsində edilən paylaşımda deyilir.
Massaçusets Texnologiya İnstitutunun saytında nekroloq dərc edilib.
“CBS News” hüquq-mühafizə orqanlarına istinadən bildirib ki, Loureiro çoxsaylı güllə yaraları alıb. O, xəstəxanaya yerləşdirilsə də, dekabrın 16-da orada ölüb.
Loureiro 1978-ci ildə Portuqaliyada anadan olub. O, Portuqaliyada fizika üzrə bakalavr dərəcəsi alıb və 2005-ci ildə London İmperial Kollecində doktorluq dərəcəsini müdafiə edib.
2016-cı ildə Massaçusets Texnologiya İnstitutunun müəllim kollektivinə qoşulub. Karyerası ərzində Loureiro həmçinin bir sıra elmi mükafatlara, o cümlədən Milli Elm Fondunun mükafatına və plazma fizikası üzrə Tomas Stiks mükafatına layiq görülüb.
Tural
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial2 İyul 18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək










.jpg)








.jpg)
















