ABŞ
Maskın atasından ŞOK İDDİA - “Epşteyn sağdır”
Qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteyn hələ də sağdır.
Publika.az xəbər verir ki, bu fikri amerikalı sahibkar İlon Maskın atası Errol Mask "RİA Novosti"yə müsahibəsində səsləndirib.
"O, mütləq sağdır... Buna heç bir şübhə yoxdur", - deyə o bildirib.
Böyük Maskın sözlərinə görə, Epşteynin həbsxana kamerasında başına gələnlərlə bağlı rəsmi versiya inandırıcı görünmür, çünki sual doğuran bir sıra məqamlar var. O xatırladıb ki, hadisə anında həbsxanada videomüşahidə kameraları söndürülüb, mühafizəçilər isə yatmış olublar.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, kameraların qeydlərində 62 saniyəlik fraqment (23:58:58-dən 00:00:00-dək) yoxdur. Bu, videoregistrasiya sisteminin işindəki texniki xüsusiyyətlərlə izah edilib.
Epşteyn 2002-2005-ci illər ərzində onlarla yetkinlik yaşına çatmayan qızın Nyu-Yorkdakı (Manhetten) evinə, eləcə də şəxsi adasına səfərlərini təşkil etməkdə ittiham olunurdu. İstintaq müəyyən edib ki, qurbanlardan ən kiçiyinin 14 yaşı olub. 2019-cu ilin avqustunda maliyyəçi həbsxana kamerasında yarıhuşsuz vəziyyətdə tapılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Fevralın əvvəlində ABŞ Ədliyyə Nazirliyi yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərdə və seks-trafikinqdə ittiham olunan Epşteynin işi üzrə 3 milyondan çox səhifəlik materialı ictimaiyyətə açıqlayıb. Fayllara tanınmış şəxslərin fotoları, istintaq materialları, həmçinin Epşteynin bir çox yüksək vəzifəli şəxs və iş adamı ilə yazışmaları daxil edilib. Sənədlərdə adı çəkilən bütün şəxslər seksual zorakılıqda iştiraklarını təkzib edirlər. Lakin bir çoxları Epşteynə qarşı ilk dəfə ittiham irəli sürüldükdən sonra belə, onunla dostluq münasibətlərini saxlayıb və ya bərpa ediblər.
Hüseyn İbadlı
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq






































.jpg)
