ABŞ
Tramp ABŞ-ın hərbi qələbə qazandığını BƏYAN ETDİ
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla bağlı əməliyyat zamanı qarşıya qoyulan məqsədlərə nail olub, bu səbəbdən münaqişənin tənzimlənməsi üzrə razılaşma artıq o qədər də vacib deyil.
Publika.az xəbər verir ki, onun bəyanatını "The New York Times" nəşri yayıb.
“Hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, biz qalib gəlirik”, - deyə prezident qeyd edib.
Tramp əlavə edib ki, onun fikrincə, ABŞ “onlar (İran) üzərində hərbi qələbə qazana bilib”.
Aprelin 11-də İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başlayıb. Bu mərhələ Pakistan rəsmilərinin iştirakı ilə keçirilir və onlar vasitəçi rolunu oynayırlar.
Yaxın Şərqdə vəziyyətin tənzimlənməsi ilə bağlı İran və ABŞ arasında danışıqlar aprelin 11-də Pakistanın baş naziri Şahbaz Şərifin vasitəçiliyi ilə İslamabadda start götürüb. İran İslam Respublikasını danışıqlarda xarici işlər naziri Abbas Əraqçi və parlamentin spikeri Məhəmməd-Baqir Qalibaf təmsil edir.
Hüseyn İbadlı
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər






































.jpg)
