ABŞ
Tramp Roma Papası barədə elə sözlər yazdı ki...
ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leonu sərt tənqid edib.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social"da yazıb.
O bildirib ki, "Papa Leo cinayətkarlıqla mübarizədə zəifdir və xarici siyasət üçün bərbaddır".
ABŞ lideri Roma Papasının Tramp Administrasiyasına olan qorxusu ilə Vatikanın COVID dövründəki vahiməsini müqayisə edib:
"O, Tramp Administrasiyasına olan qorxudan danışır, amma kilsə xidmətlərinə görə keşişləri, ruhaniləri çölə çıxıb ara məsafəsi saxlasalar da, həbs edərkən katolik kilsəsinin və bütün digər xristian təşkilatlarının yaşadığı qorxudan bəhs etmir".
Tramp Papnın qardaşı Luini daha çox bəyəndiyini diqqətə çatdırıb.
"Mən onun qardaşı Luini ondan daha çox bəyənirəm, çünki Lui tamamilə MAGA-dır (Make America Great Again). O bunu başa düşür, Leo isə yox", - ABŞ Prezidenti qeyd edib.
O bildirib ki, İranın nüvə silahına sahib olmasını normal qəbul edən Roma Papasını istəmir:
"Mən Birləşmiş Ştatlara külli miqdarda narkotik göndərən və daha da pisi, qatillər, narkotik tacirləri və canilər də daxil olmaqla öz həbsxanalarını bizim ölkəyə boşaldan Venesuelaya Amerikanın hücumunu dəhşətli hal kimi qəbul edən bir Papa istəmirəm".
Tramp iddia edib ki, XIV Leonun adı heç bir siyahıda olmayıb və o, sırf amerikalı olduğu üçün Roma Papası seçilib:
"Mən Ağ Evdə olmasaydım, Leo Vatikanda olmazdı".
O, Papanı "solçu radikallara meyl etməyi dayandırmağa" və "kilsə rəhbərinin vəzifələrini yerinə yetirməyə diqqət yetirməyə" çağırıb.
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi







































.jpg)
