ABŞ
Konqres Trampın bu hərəkətini iyrənc adlandırdı: Ağlı başında deyil
ABŞ prezidenti Donald Trampın Roma Papası XIV Leo haqqında işlətdiyi sərt ifadələr ölkədə siyasi fırtına qoparıb.
Publika.az xəbər verir ki, Arizona ştatından olan senator Mark Kelli Trampın bu addımını kəskin tənqid edərək, onu "nəzarəti itirməkdə" ittiham edib.
Senator "X" sosial şəbəkəsindəki hesabında Trampın hərəkətlərini "iyrənc" adlandırıb:
"Bir katolik olaraq, ABŞ prezidentinin Müqəddəs Pyotrun xələfinə açıq şəkildə hücum etməsini iyrənc hesab edirəm. Donald Tramp nəzarəti itirir... O, özünü qorumaq üçün hər kəsə, hətta milyonlarla amerikalının təsəlli tapdığı Kilsəyə də hücum edir".
M.Kelli əlavə edib ki, Amerika xalqı öz sözlərinin nəticəsini anlayan və hərəkətlərinə görə məsuliyyət daşıyan bir liderə layiqdir.
Qeyd edək ki, Donald Tramp Roma Papası XIV Levi İranı dəstəkləməkdə günahlandırıb. O, pontifikin xarici siyasətdə "dəhşətli" və cinayətkarlıq qarşısında "zəif" olduğunu bəyan edib.
Müəllif: Adəm
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi







































.jpg)
