Art
Azərbaycanda Nəsimi və hürufiliklə bağlı bir dənə də sanballı tədqiqat yoxdur – Professor
Azərbaycanda İmadəddin Nəsimi və hürufiliklə bağlı bir dənə də sanballı, dövrün tələbinə cavab verən monoqrafik tədqiqat yoxdur. Görülən yaxşı işlər isə səpələnmiş məqalələr halındadır.
Kult.az xəbər verir ki, bu sözləri filologiya elmləri doktoru, professor Aida Qasımova qeyd edib. O bildirib ki, son vaxtlar Qərb şərqşünaslığında və Türkiyədə bu sahədə xeyli işlər görülüb:
“Orxan Mir-Qasımov, Şahzad Bəşir, Fatih Usluər, Mustafa Ünverin əsərləri xüsusi qeyd edilməlidir. Usluərin “Cavidan-namə”nin türk dilindəki tərcümə variantını nəşr etdirməsi təqdirəlayiqdir. “Hürufilik” əsəri də dəyərli tədqiqatdır. Mən xüsusilə Orxanın və Şahzadın yazılarını çox bəyənirəm. Orxan “Sözün gücü: orta əsrlər islamında hürufi təlimləri şiəlik və sufizm kontekstində” (“Words of Power, Hurufi Teachings Between Shi'ism and Sufism in Medieval Islam”) əsərində hürufiliyin bir sıra nəzəri məsələlərini əks etdirib. Şahzad Bəşir (Stənford professoru) problemə tarixilik baxımından yanaşır. Onun “Fəzlullah Astarabadi və hürufilik” əsəri hürufiliyin meydana gəlməsini, Fəzlullah Astarabadinin fəaliyyətini və hürufilik təlimini öyrənmək üçün dəyərli mənbədir.
Professor Matt Melvin-Kouşkinin bəzi yazılarında da hürufiliklə bağlı məsələlər əks olunub. Maykl Reinxard Almaniyada Nəsimi divanının nəşri və tədqiqi ilə bağlı işlər görüb”.
Amerikalı tarixçi Patrisia Kronun “İranda İslamın erkən dövründə yerli “peyğəmbərlər”: Əyalət üsyanları və zərdüştlük” (“The Nativist Prophets of Early Islamic Iran: Rural Revolt And Local Zoroastrianism”) əsərində də hürufiliklə bağlı bəzi məsələlərin yer aldığını bildirən Aida Qasımova bu kitabların tərcümə edilməsinin çox vacib olduğunu qeyd edib:
“Bütövlükdə bu əsərdə Babək hərəkatı, onun qaynaqları, islamda bidətçiliklə bağlı məsələlərə geniş yer ayrılıb. Ya Azərbaycan alimləri ingilis dilini öyrənməli, ya da bu kitablar Azərbaycan dilinə tərcümə edilməlidir”.
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə9 Oktyabr 18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika9 Oktyabr 15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 9 Oktyabr 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya9 Oktyabr 14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial9 Oktyabr 13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO




































.jpg)

